Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
720
01.05.2026, 14:57
Xəbər verdiyimiz kimi, Mərkəzi Neftçilər Xəstəxanasının direktor vəzifəsinə əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov təyin olunub.
Oxu24.com yeni direktorun dosyesini təqdim edir:
Zaur Xəlilov 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali tibb təhsili alıb.
1997–1998-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində ümumi cərrahiyyə üzrə internatura keçib.
1999–2002-ci illərdə həmin mərkəzdə ümumi cərrahiyyə üzrə aspirantura təhsili alıb.
2009–2010-cu illərdə ixtisasını Avstriyanın Vyana Tibb Universitetində ümumi, laparoskopik və orqan nəqli üzrə Fellowship diplomuna yiyələnib.
2015-ci ildə Rusiyada Moskva Kliniki Elmi Mərkəzində “Onkologiya” ixtisası üzrə hazırlıq keçib, həmçinin həmin il akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində cərrahiyyə üzrə doktorantura təhsili alıb.
İş təcrübəsi:
1999–2002-ci illərdə akademik M.Topçubaşov adına Respublika Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.
2002-ci ildən etibarən Mərkəzi Klinikada ümumi cərrah kimi çalışır.
Z.Xəlilovun iştirak etdiyi ixtisasartırma kursları:
2003-cü il – Türkiyənin Bursa şəhərində Uludağ Universitetində ümumi cərrahiyyə və travma cərrahiyyəsi kursu
2011-ci il – Travma və Təxirəsalınmaz cərrahiyyə kursu
2013-cü il – Gülhane Hərbi Tibb Akademiyasında Laparoskopik Kolorektal cərrahiyyə kursu
2013-cü il – Akdeniz Universitetində orqan transplantasiyası kursu
2014-cü il – Fransanın Strazburq. RCAD, Bariatrik və Metabolik Cərrahiyyə kursu
2015-ci il – Moskva Kliniki Elmi Mərkəzində Laparoskopik Kolorektal cərrahiyyə kursu
2017-ci ildən Avstriyanın Saltsburq şəhərində Travma və Təxirəsalınmaz cərrahiyyə kursu
Qeyd edək ki, Zaur Xəlilov Azərbaycan Cərrahlar Cəmiyyətinin üzvüdür. O, ingilis, rus və türk dillərini bilir.
Hazırda Mərkəzi Klinikada şöbə müdiri və cərrah kimi fəaliyyətini davam etdirir.
Zaur Xəlilov Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Prezident İlham Əliyevin 17 İyun 2022-ci il tarixində imzaladığı sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.