İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5580
23.04.2026, 10:01
TƏBİB-in yeni rəhbəri Anar Bayramov qurumun tabeliyində Bakıda yerləşən bütün xəstəxana direktorlarının ərizəsini alıb.
Oxu24.com xəbər verir ki, növbəti mərhələdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə tabe olan poliklinikaların baş həkimlərinin, eləcə də regionlardakı xəstəxana direktorlarının da ərizəsinin alınacağı gözlənilir.
Ərizəsi alınan rəhbərlərin heç də hamısı ilə sağollaşılmır. Bəzilərinə başqa vəzifə, yaxud digər tibb müəssisələrində rəhbər postlar təklif olunur. Bu isə onu göstərir ki, Anar Bayramov vəzifəyə yeni təyin olunsa da, vəziyyəti kifayət qədər araşdırıb və özü üçün kimlə işləməyin mümkün olduğunu müəyyənləşdirib.
İşləyə biləcəyi şəxslərə yeni imkan verilir, işləmək istəmədiyi şəxslərlə isə yollar birdəfəlik ayrılır. Amma bütün hallarda heç kim köhnə yerində saxlanılmır.
Xəstəxana direktorlarının “kütləvi qırğını” niyə başladı?
Xəstəxana direktorlarının ard-arda, kütləvi şəkildə işdən çıxarılması xəbərləri ciddi müzakirələrə səbəb olub.
Çünki vəzifədən uzaqlaşdırılanlar arasında peşəkar, savadlı, illərlə bu sahədə çalışan, adamlar arasında müsbət imici formalaşmış adamlar da var.
Amma məsələyə yalnız adlar üzərindən baxmaq düzgün deyil: burada söhbət təkcə kadr dəyişikliyindən getmir, böyük pulların həzm-rabedən keçirildiyi bir mexanizmin sökülməsindən gedir.
İcbari tibbi sığortaya yığılan vəsaiti “udmuş” şəbəkənin addım-addım dağıdılmasından gedir…
Səhiyyə tam düzələcəkmi? Sistem şəffaf olacaqmı? Xəstə də, həkim də razı qalacaqmı? Bunu zaman göstərəcək.
Amma bir məsələ dəqiqdir ki, sığorta pulları əvvəlki kimi bir neçə qrupun cibinə axmayacaq. Bahalı təyinatlar, xəstə alveri, aparat sövdələşmələri, analiz oyunları və müxtəlif “yaradıcı sxemlər” əvvəlki rahatlıqla işləməyəcək… /Bakupost.az
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.