Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1176
22.04.2026, 21:57
Ötən gün işdən uzaqlaşdırıldığı haqda məlumat yayılan Yeni Klinikanın direktoru Barat Yusubovun cinayət məsuliyyətinə cəlb oluna biləcəyi bildirilib.
Oxu24.com xəbər verir ki, özəl mənbədən daxil olan məlumata görə, buna səbəb B.Yusubovun fəaliyyəti dövründə maliyyə fırıldaqlarına bulaşmasıdır.
İddialara görə, hər şey TƏBİB-ə yeni icraçı direktor təyin edilən Anar Bayramovun qurumun sağlamlaşdırılması üçün dərhal başlatdığı şəffaflaşma prosesi ilə üzə çıxıb. Belə ki, TƏBİB-in tabeliyində olan klinika rəhbərlərinin bəzilərinin icbari tibbi sığorta vəsaitlərini talamaq üçün qarışıq bir sxem qurduğu bildirilir.
Qanunvericiliyə görə, tibbi sığorta ilə xəstələr TƏBİB-in balansında olan xəstəxanalarda müalicə edilməlidir, yalnız təcili və təxirəsalınmaz əməliyyata ehtiyacı olan xəstələr özəl klinikalara yönləndirilə bilər. Son illər tibbi sığorta vəsaitlərinin özəl klinikalara külli miqdarda yönləndirilməsi və “təcili əməliyyatlar”ın həddən artıq olması isə bu sahədə heç də hər şeyin və yaxud ümumiyyətlə heç nəyin şəffaf olmadığı təsəvvürünü yaradıb.
Anar Bayramovun TƏBİB rəhbərliyinə gəlişi ilə bütün klinikalarda yoxlamalara start verilib və bu araşdırmaların episentrinə düşən klinikaların başında isə Yeni Klinika gəlir. Çünki bu klinika birbaşa dövlət rəhbərliyinin iradəsi ilə qısa müddətdə istifadəyə verilən, ən müasir avadanlıqlarla təmin edilmiş və xəstə qəbulu və müalicəsi imkanları böyük olan səhiyyə ocağıdır.
Məlumata görə, araşdırma zamanı Yeni Klinikaya müraciət edənlər arasında çoxsaylı “təcili əməliyyat” ehtiyacı olanlar üzə çıxıb və maraqlıdır ki, onlar yalnız iki klinikaya yönləndiriliblər: Yasamal Hospital və Ege Hospital.
İşin daha maraqlı cəhəti odur ki, B.Yusubov Yeni Klinikanın direktoru təyin edilməzdən öncə Ege Hospitalın Müşahidə Şurasının sədri olub. Hazırda isə Ege Hospitala nəzarəti Barat Yusubovun həyat yoldaşı, həkim-kosmetoloq Gültəkin Qəniyeva həyata keçirir. Yəni B.Yusubov Yeni Klinikaya müraciət edən xəstələri öz nəzarətində olan özəl xəstəxanaya yönləndirib.
B.Yusubov Yasamal Hospital ilə də eyni “əməkdaşlıq” edib.
Hazırda Yasamal Hospitalda ciddi yoxlamalar aparıldığı da bildirilir.
Qeyd edək ki, məsələ yalnız bununla yekunlaşmır. Özəl klinikalara yönləndirilən xəstələrin tibbi sığorta ilə müalicəsi zamanı onlardan bütün analizlərin götürülməsi təmin edilir. Yəni xəstədən xəstəliyi üzrə deyil, tam şəkildə, kompleks analizlər alınır. Xəstə bu prosesdən tam razı qalır, çünki ondan heç bir təmənna güdmədən, sırf dövlət hesabına bütün analizlər götürülür. Əslində isə onun xəstəliyi ilə bağlı 1-2 analiz doğrudan da laboratoriyaya verilir və cavab alınır, qalan bütün “analiz nəticələri” saxtalaşdırılır, istənilən rəqəmlər yalandan yazılır. Başqa sözlə, onlarla “analizin” laboratoriyaya verildiyi bildirilir, əvəzində cəmi 1-2 doğru-dürüst laborator müayinə aparılır, qalanları isə “yeyilir”.
Bütün bunlar isə külli miqdarda vəsaitin icbari tibbi sığortadan oğurlanması və talan edilməsi, mənimsənilməsidir.
Nəzərə alın ki, söhbət ortada bir neçə yüz milyon, hətta milyardlarla ölçülən vəsaitin dövr etməsindən gedir və bu, həddən artıq böyük prosesdir.
Daha acınacaqlısı MRT aparatları ilə bağlıdır. MRT – qiyməti bir neçə milyonla ölçülən və illik yüz min dollardan çox baxım xərci tələb edən genişfunksiyalı və bahalı aparatdır. Necə olur ki, bu aparat Azərbaycanda az qala bütün dövlət və özəl klinikalarda peyda olur?
Bu böyük şəbəkədə kimlər var?
Bu barədə növbəti yazımızda…/Axar.az/
01:04 / 10 İyun 2026
125
00:24 / 10 İyun 2026
156
00:01 / 10 İyun 2026
123
23:52 / 09 İyun 2026
148
23:36 / 09 İyun 2026
251
23:26 / 09 İyun 2026
129
23:23 / 09 İyun 2026
122
23:15 / 09 İyun 2026
121
23:09 / 09 İyun 2026
106
23:03 / 09 İyun 2026
170
22:59 / 09 İyun 2026
257
22:52 / 09 İyun 2026
447
22:41 / 09 İyun 2026
122
22:06 / 09 İyun 2026
126
21:47 / 09 İyun 2026
129
21:29 / 09 İyun 2026
160
21:23 / 09 İyun 2026
116
21:11 / 09 İyun 2026
153
21:01 / 09 İyun 2026
113
21:00 / 09 İyun 2026
122
20:40 / 09 İyun 2026
142
20:27 / 09 İyun 2026
137
20:10 / 09 İyun 2026
1278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.