Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9237
22.04.2026, 15:33
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) birləşdirildiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynov vəzifəsindən azad edilib.
Oxu24.com xəbər verir ki, Valyuta.Az-ın əldə etdiyi məlumata görə, R.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturundan öz ərizəsi ilə azad olunub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin sədri Anar Bayramov onu özünə müşavir təyin edib. Yaxın günlərdə onun sədr müavini kimi təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, bir nüçə gün əvvəl TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin olunub.
Anar Bayramov 2021-ci ildən 2025-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. TƏBİB-in icraçı direktoru vəzifəsinə kimi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri vəzifəsində çalışıb.
Rahim Hüseynov kimdir?
1985-ci ildə Neftçala rayonunda anadan olub.
2008-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İdarəetmə” fakültəsini bitirib.
2023-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə tamamlayıb.
Daha sonra İstanbul Dövlət Universitetinin Beynəlxalq İdarəetmə fakültəsində magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Konsulluq şöbəsində başlayıb.
2013–2018-ci illərdə “Azərsun Holdinq” MMC-nin Daxili Audit Qrupunda auditor vəzifəsində çalışıb.
2020–2021-ci illərdə “Avrora” MMC-də auditor kimi fəaliyyət göstərib.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Monitorinq və təhlil şöbəsinin müdiri vəzifəsini icra edib.
2022-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.
2025-ci ilin may ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Evlidir, iki övladı var.
07:20 / 12 Noyabr 2026
39
03:10 / 12 Noyabr 2026
125
01:25 / 12 Noyabr 2026
191
00:55 / 12 Noyabr 2026
155
00:43 / 12 Noyabr 2026
142
00:35 / 12 Noyabr 2026
354
00:33 / 12 Noyabr 2026
134
00:27 / 12 Noyabr 2026
146
00:24 / 12 Noyabr 2026
172
00:19 / 12 Noyabr 2026
174
00:17 / 12 Noyabr 2026
283
00:11 / 12 Noyabr 2026
167
23:54 / 11 Noyabr 2026
148
23:52 / 11 Noyabr 2026
144
23:50 / 11 Noyabr 2026
173
23:45 / 11 Noyabr 2026
1503
23:28 / 11 Noyabr 2026
136
23:24 / 11 Noyabr 2026
149
23:18 / 11 Noyabr 2026
165
23:09 / 11 Noyabr 2026
153
23:03 / 11 Noyabr 2026
144
23:01 / 11 Noyabr 2026
167
22:55 / 11 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.