Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
09 İyul 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
495
22.04.2026, 14:13
Qatarın tuneldə uzun müddət qalması və bəzi sərnişinlərin həyəcan səbəbindən səhhətinin pisləşməsi, bu kimi hallarda davranış qaydalarını yenidən gündəmə gətirib.
Təhlükəsizlik üzrə ekspert Rəşad Rza bu cür kritik vəziyyətlərdə sərnişinlərin həyatını xilas edəcək və sağlamlığını qoruyacaq vacib məqamları Oxu24.com-a açıqlayıb.
Ekspertin sözlərinə görə, istər texniki nasazlıq, istərsə də digər səbəblərdən yaranan durğunluq zamanı ən böyük düşmən panikadır.
Rəşad Rza qeyd edir ki,bu zaman əsas yük sərnişinlərin üzərinə düşür:
“Hadisə baş verdiyi andan etibarən sərnişinlər ilk növbədə sakitçiliyi qorumalıdırlar. Təşviş və qorxu oksigen tələbatını artırır ki, bu da qapalı məkanda nəfəs darlığına və səhhətin qəfil pisləşməsinə yol açır.
Özbaşına hərəkət etmək yolverilməzdir. Maşinistin və ya mərkəzi idarəetmə sisteminin verəcəyi təlimatları diqqətlə dinləmək lazımdır.
Əgər qapılar açılarsa və vaqonu tərk etmək göstərişi verilərsə, sərnişinlər sıralı şəkildə, bir-birini itələmədən və başqalarında qorxu yaratmadan ərazini tərk etməlidirlər”.
Ekspert bildirir ki, bu cür halların həm texniki, həm də süni qorxu yaratmaq məqsədilə törədilmə ehtimalı həmişə var. Buna görə də həm qurum işçiləri, həm də vətəndaşlar hər tərəfli hazırlıqlı olmalıdırlar.
Ekspertin əsas xəbərdarlığı budur: "Sakit qalmaq həm sizin, həm də ətrafınızdakıların təhlükəsizliyinin yarısıdır”.
Xüsusilə qapalı qalan vaqonda digər sərnişinləri qorxuya salacaq hərəkətlərdən qaçmaq, havalandırma sisteminin işləmədiyi hallarda enerjini qorumaq üçün artıq hərəkətlər etməmək tövsiyə olunur.
Çimnaz Telmanqızı
16:20 / 09 İyul 2026
1
16:11 / 09 İyul 2026
27
15:55 / 09 İyul 2026
44
15:52 / 09 İyul 2026
44
15:28 / 09 İyul 2026
69
15:10 / 09 İyul 2026
58
15:08 / 09 İyul 2026
60
14:56 / 09 İyul 2026
68
14:53 / 09 İyul 2026
76
14:43 / 09 İyul 2026
77
14:35 / 09 İyul 2026
78
14:30 / 09 İyul 2026
80
14:24 / 09 İyul 2026
81
14:18 / 09 İyul 2026
79
13:58 / 09 İyul 2026
85
13:54 / 09 İyul 2026
83
13:34 / 09 İyul 2026
88
13:32 / 09 İyul 2026
69
13:30 / 09 İyul 2026
80
13:19 / 09 İyul 2026
75
12:58 / 09 İyul 2026
68
12:54 / 09 İyul 2026
73
12:47 / 09 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.