Birbank mobil tətbiqinə SİMA gəlir
22 Aprel 2026, 11:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
74
22.04.2026, 09:53
Ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələr aktuallaşıb və bu məsələ həm cəmiyyətdə, həm də ekspertlər arasında fərqli yanaşmalar doğurur. Əsas sual isə ondan ibarətdir ki, belə bir modelin tətbiqi nə dərəcədə realdır və bu dəyişiklik ordunun hazırlıq səviyyəsinə, eləcə də kadr təminatına necə təsir göstərə bilər.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılmasının tərəfdarlarından olduğunu açıqlayıb.
Həmçinin oxuyun
“Hesab edirəm ki, bu kateqoriyaya daxil olan şəxslər hərbi xidmətə başladıqdan sonra bir il ərzində öz ixtisaslarına dair bilik və vərdişlərinin bir qismini itirə bilirlər və bu, arzuolunan hal deyil. Ali təhsilli şəxslər də digər hərbi qulluqçular kimi onlara həvalə olunan vəzifələri yerinə yetirirlər. Buna görə də burada imtiyaz və ya xüsusi güzəşt məsələsindən daha çox sistemin effektivliyi müzakirə olunmalıdır. Mənim fikrimcə, bu müddət azaldılmalıdır. Hətta xidmət müddətinin bir il deyil, daha qısa, doqquz ay, altı ay, hətta bəzi hallarda üç ay olması da mümkündür. Çünki Azərbaycanda çağırış potensialı kifayət qədər yüksəkdir və ümumilikdə peşəkar ordu modelinə keçid istiqamətində addımların sürətləndirilməsi vacibdir. Bu yanaşmanı onunla əsaslandırıram ki, hər bir xalqın gücü onun savadlı kadrları ilə ölçülür. Azərbaycanda da elmə və təhsilə yönəlmiş kifayət qədər gənc var. Lakin uzunmüddətli hərbi xidmət bəzi hallarda onların peşəkar inkişafında fasilə və motivasiya azalmasına səbəb ola bilər. Ona görə də xidmət müddətinin azaldılması daha məqsədəuyğun görünür”.
Ekspert bildirib ki, həm ictimaiyyət, həm də rəsmi dairələr hərbi xidmət mövzusunu müzakirə etsələr də, alternativ xidmət məsələsi kifayət qədər gündəmə gətirilmir.
“Halbuki bu istiqamətdə qanunvericilik mövcuddur və vaxtilə hazırlanıb, sadəcə müəyyən tarixi səbəblərə görə tam tətbiq olunmayıb. Bu gün həmin alternativ xidmət mexanizminin də tətbiqi və genişləndirilməsi vacibdir. Müxtəlif sosial və peşə sahələrində xidmət imkanlarının yaradılması daha balanslı yanaşma ola bilər. Bəzi arqumentlər, xüsusilə regional təhlükəsizlik və gərginliklə bağlı səbəblər xidmət müddətinin azaldılmamasını əsaslandırmaq üçün istifadə olunsa da, mən hesab edirəm ki, bu yanaşma hər zaman həlledici olmur. Ali təhsilli şəxslərin xidmət müddətinin azaldılması ordunun döyüş qabiliyyətinə və ya kadr təminatına ciddi mənfi təsir göstərməz”.
Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər hərbi təhsil müəssisələri və hazırlıq sistemləri mövcuddur.
“Hər kəs öz peşə seçiminə uyğun olaraq ya hərbi sahəyə, ya da digər ixtisaslara yönələ bilir. Ümumilikdə yanaşmam ondan ibarətdir ki, ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması həm sosial, həm də peşəkar baxımdan daha düzgün addım ola bilər. Bu prosesin gecikdirilmədən, daha balanslı şəkildə həyata keçirilməsi məqsədəuyğundur”.
11:16 / 22 Aprel 2026
59
11:15 / 22 Aprel 2026
26
11:13 / 22 Aprel 2026
26
11:11 / 22 Aprel 2026
27
10:55 / 22 Aprel 2026
32
10:40 / 22 Aprel 2026
39
10:25 / 22 Aprel 2026
40
10:08 / 22 Aprel 2026
51
09:58 / 22 Aprel 2026
153
09:50 / 22 Aprel 2026
46
09:48 / 22 Aprel 2026
176
09:42 / 22 Aprel 2026
69
09:38 / 22 Aprel 2026
46
09:18 / 22 Aprel 2026
54
09:13 / 22 Aprel 2026
84
09:04 / 22 Aprel 2026
65
08:59 / 22 Aprel 2026
49
00:55 / 22 Aprel 2026
114
00:42 / 22 Aprel 2026
103
00:34 / 22 Aprel 2026
132
23:59 / 21 Aprel 2026
160
23:50 / 21 Aprel 2026
244
23:42 / 21 Aprel 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.