Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
524
21.04.2026, 13:50
Süni intellektlə hazırlanmış foto, video və audio materiallara dair yeni tələb qoyulur.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən yeni -13-2.7-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 388-3-cü maddəyə görə, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.
"Nişanlanma" dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.