Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1087
21.04.2026, 12:10
Azərbaycanda bir çox sektorlarda tətbiq edilən "ƏDV geri al" mexanizminin əhatə dairəsinin genişləndirilməsi məsələsi gündəmdədir. Vətəndaşları ən çox maraqlandıran suallardan biri isə kommunal xidmət ödənişləri zamanı ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasının mümkünlüyüdür.
Mövzu ilə bağlı iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov öz fikirlərini Oxu24.com-la bölüşüb.
Deputat bildirib ki, bu məsələ birbaşa şəffaflığın artırılması və nağdsız hesablaşmaların stimullaşdırılması məqsədi daşıyır:
"Əlavə dəyər vergisinin geri qaytarılması mexanizmi daha çox o sektorlara tətbiq olunur ki, həmin sektorlarda şəffaflığın gücləndirilməsinə, eyni zamanda nağdsız hesablaşmaların dövriyyəsinin artırılmasına ehtiyac var. Bu, təbii ki, müvafiq dövlət qurumları tərəfindən, xüsusən də Dövlət Vergi Xidməti tərəfindən qiymətləndirilir və təkliflər təqdim olunur”.
O bildirib ki, bütövlükdə kommunal xidmətlərdə əlavə dəyər vergisinin qaytarılması məsələsi məhz Dövlət Vergi Xidməti tərəfindən qiymətləndirmələr aparıldıqdan sonra müzakirə oluna bilər:
“Amma nəzərə almaq lazımdır ki, kommunal ödənişlərin böyük əksəriyyəti qeyri-nağddır, nağdsız şəkildə həyata keçirilir. Artıq istehlakçılar daha çox plastik kartlardan istifadə etməklə ödənişləri həyata keçirirlər. Bu baxımdan kommunal ödənişlərdə şəffaflıq dərəcəsi daha yüksəkdir. Amma bütün hallarda, hansı sektorlarda və istiqamətlərdə ödənişlərdə əlavə dəyər vergisinin geri qaytarılmasının tətbiqi birbaşa hökumətdə qiymətləndirmə aparıldıqdan sonra qərarın verilməsi mümkün ola bilər”.
Əlavə olaraq, iqtisadçı qeyd edib ki, hazırda bu məsələ rəsmi qurumların təhlilindən sonra müzakirə masasına gələ bilər.
Çimnaz Telmanqızı
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.