Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5637
21.04.2026, 11:01
Son günlər sosial şəbəkələrdə və mediada vətəndaşların toplanmış pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilməsi məsələsi yenidən gündəmə gəlib. Lakin ekspertlər bu gözləntilərin real olmadığını və sistemin buna imkan vermədiyini bildirirlər.
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Oxu24.com-a açıqlamasında məsələnin görünməyən tərəflərinə işıq salıb.
Ekspertin sözlərinə görə, vətəndaşların bu vəsaitlərdən istifadə etmək hüququnun olmaması həm qanuni, həm də ciddi maliyyə səbəbləri ilə bağlıdır.
Akif Nəsirli qeyd edib ki, qanunvericilikdə pensiya kapitalından istifadə üçün konkret şərtlər (pensiya yaşı, əlillik, ailə başçısını itirmək) müəyyən olunub. Bu hallar baş vermədən vəsaitin çıxarılması qanunda nəzərdə tutulmayıb:
"Hazırda bu addımın atılması mümkün deyil. Nazirliyin rəsmi açıqlaması da onu göstərir ki, müvafiq sığorta hadisələri baş vermədən vəsaitdən istifadə qanunvericilikdə yoxdur”.
İqtisadçı ən vacib məqamı – vəsaitin mahiyyətini açıqlayıb. O bildirib ki, Azərbaycanda klassik anlamda "yığım kapitalı" yoxdur, hesablardakı rəqəmlər sadəcə sığorta kapitalıdır:
"Həqiqi kapital müəyyən pul kütləsidir. Belə bir kapital hazırda heç kimin şəxsi hesabında mövcud deyil. Bu, rəmzi mənada 'kapital' adlanır”.
Ekspertin sözlərinə görə, sistemin daxili maliyyə imkanları da belə bir kütləvi çıxarışa hazır deyil. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin xərcləri tam bağlamadığını və hər il büdcədən əlavə vəsait ayrıldığını xatırladan A.Nəsirli əlavə edib:
"Əgər vətəndaşlara vəsaiti vaxtından əvvəl çıxarmaq imkanı verilsə, fondun vəsaitləri kəskin azalacaq. Bu isə birbaşa pensiya ödənişlərində çətinliklərə və sistemdə balansın pozulmasına gətirib çıxaracaq”.
Akif Nəsirli vurğulayır ki, vətəndaşın öz vəsaiti üzərində müəyyən seçim hüququ əldə etməsi yalnız gələcəkdə özəl pensiya fondlarının yaradılması ilə mümkün ola bilər. Bunun üçün isə həm qanunvericilik, həm də idarəetmə parametrləri sıfırdan işlənməlidir.
Bəs, pensiyaya çıxmaq üçün nə qədər kapitalımız OLMALIDIR? Davamı LİNKDƏ
Çimnaz Telmanqızı
01:04 / 10 İyun 2026
142
00:24 / 10 İyun 2026
173
00:01 / 10 İyun 2026
128
23:52 / 09 İyun 2026
155
23:36 / 09 İyun 2026
261
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
129
23:15 / 09 İyun 2026
125
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
176
22:59 / 09 İyun 2026
267
22:52 / 09 İyun 2026
472
22:41 / 09 İyun 2026
127
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
135
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
158
21:01 / 09 İyun 2026
119
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
147
20:27 / 09 İyun 2026
141
20:10 / 09 İyun 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.