Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi
07 İyul 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
504
21.04.2026, 10:16
Yazın gəlişi insanları təbiət qoynunda daha çox vaxt keçirməyə sövq edir. Amma bəzi insanlar yaz aylarında təbiət qoynunda olarkən müxtəlif allergik xəstəliklərə yoluxurlar. Bu xəstəliklər mövsümü xarakter daşısa da, insanların həyatını cəhənnəmə çevirə bilir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan allerqoloq Aysel Mehdiyeva yaz allergiyasına qarşı ən effektiv tədbirlərdən birinin səhər saatlarında (05:00–10:00) açıq havada az olmaq olduğunu buldirib.
“Çünki bu saatlarda havada polen çox olur. Gün eynəyi və maska taxmaq allergiyadan qorunmağa kömək edir. Evə gələn kimi üzünüzü yuyun, mümkün olsa, duş alın. Çöldə geyindiyiniz paltarları evdə dəyişin. Evdə pəncərələri xüsusilə küləkli günlərdə bağlı saxlayın. Kondisioner varsa, filtrini tez-tez təmizləyin. Həftədə 2–3 dəfə evdə nəm təmizlik edin.
Toz yığan xalça və ağır pərdələri minimuma endirin, hava təmizləyicidən çox faydalanın. Duzlu su ilə burun yuma (aptekdə “sea water spray”) çox effektivdir. Allergiya damcıları (məsələn, antihistamin göz damcıları) lazım olduqda istifadə edilir”.
Qida faktoru
Allerqoloq hesab edir ki, bəzi qidalar allergiyanı artıra bilir:
“Əgər ağac tozuna allergiya varsa, o zaman alma, armud, fındıq qəbulu bəzən reaksiya verə bilər. Bununla belə antioksidantlarla zəngin qidalar - nar, sitrus meyvələri, yaşıl tərəvəzlər çox faydalıdır. Bununla paralel, allergiya güclüdürsə, həkim məsləhəti ilə antihistamin tabletlər, burun spreyləri (kortikosteroidlər) ən yaxşı vasitədir. Bu müalicəyə mövsüm başlamazdan 1–2 həftə əvvəl başlamaq daha yaxşı üsüldur”.
12:31 / 07 İyul 2026
7
12:25 / 07 İyul 2026
23
12:18 / 07 İyul 2026
65
12:00 / 07 İyul 2026
542
11:58 / 07 İyul 2026
55
11:52 / 07 İyul 2026
140
11:51 / 07 İyul 2026
47
11:33 / 07 İyul 2026
60
11:22 / 07 İyul 2026
89
11:10 / 07 İyul 2026
70
11:09 / 07 İyul 2026
68
11:05 / 07 İyul 2026
70
11:01 / 07 İyul 2026
215
10:53 / 07 İyul 2026
296
10:48 / 07 İyul 2026
66
10:46 / 07 İyul 2026
69
10:39 / 07 İyul 2026
80
10:32 / 07 İyul 2026
72
10:15 / 07 İyul 2026
468
10:12 / 07 İyul 2026
87
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1049
09:38 / 07 İyul 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.