Bayram günlərində qatar sərnişinlərinə VACİB XƏBƏR
10 İyun 2026, 15:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
421
20.04.2026, 22:20
10 aylıq uşaq nələr etməlidir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan pediatr Aytən İsmayılzadə mühüm məqamları açıqlayıb.
-10 aylıq uşaq tam sərbəst oturmalıdır( bunu 8 aydan bacarmalıdı əsıində) Əgər hələ də dəstəksiz sərbəs otura bilmirsə bu narahat olmağa səbəbdir. Bu zaman həkim müayinəsi mütləqdir
-10 uşaq sərbəst iməkləməlidir. Çox sürətli olmasa da dörd ayaq üstündə gəzməyi bacarmalıdır. Buna nane olan vasitə yürütəcdir. Əgər almısınızsa onu kənara qoyun .yürütəc uşağı tənbəlləşdirir. Əzələlərin güclənməsinə mane olur. Uşağı kolyaskada, qucaqda çox saxlamayın ki iməkləmə təbi gələndə onu reallaşdıra bilsin.
-10 aylıq uşaq tutub qalxa bilər. Bunu bu ayda etməsi tam normaldır. Yəni nə tez nə də gec deyil. Amma ola bilər ki artıq çəkili uşaqdır və tutub qalxmaqda çətinıik çəksin. Bu zaman məcbur etmirik. Həm ayaqları əyilə biıər,həm də bununla nəsə irəliləyiş əldə etmərik. Zamanla bunu bacaracaq.
-10 aylıq uşaq tutub gəzə də bilər. Amma bu vacib deyil. Uşağın yeriməyini 1 yaş 6 ayına kimi gözləyirik. Bundan sonra da ləngisə narahat oluruq. Əlindən tutub gəzdirmək yeriməyə öyrətmək deyil. Yerimə prosesi sağlam dayaq hərğkət sistemi və sinir sistemi fonunda özü baş verir. Kiminsə uşağı erkən yeriyibsə bu o demək deyil ki sizin uşaqda problem var.
-10 aylıq uşaq hecalarla "danışa bilər" . Hecalar ünvanlı , göz təması quraraq səslənirsə bu sağlam psixikadan xəbər verir. Məsələn,anasına baxaraq "ma-ma", "ba-ba" deməsi ..yeməyi -suyu görəndə həyəcanlı hecalar deməsi. Göz təması qurmadan yuxarı aşağı baxaraq hecalar deməsi nitq və psixoloji inkişafın ləngiməsindən xəbər verə bilər
Bu ayda xüsusilə telefon,ekran olmaz. Beynin inkişafını dondurur. .
-10 aylıq uşaq əl-çala, musiqiyə oynaya, heyvanlara həyəcan, qorxu ya da sevinc hissilə reaksiya verə bilər. Bunların olması yaxşıdır. Öz yaxınları ilə özgələri isə tam ayırd etməlidir
-10 aylıq uşaq 10 kq da ola bilər ,8 kq.da.ikisi də normaldır. Və valideynlərin necə bir cüssəli olmasından, qidalanmasından, aktivliyindın asılıdır.
-10 aylıq uşaq gündüz iki dəfədən az yatmalı deyil.
-10 aylıq uşağın dişləri çıxmağa başlaya bilər. 1 yaşına kimi gecikə də bilər.
-10 aylıq uşaq küsə və hirslənə bilər
Jalə
15:46 / 10 İyun 2026
17
15:43 / 10 İyun 2026
26
15:41 / 10 İyun 2026
30
15:41 / 10 İyun 2026
196
15:26 / 10 İyun 2026
54
15:18 / 10 İyun 2026
113
15:16 / 10 İyun 2026
48
15:15 / 10 İyun 2026
173
15:09 / 10 İyun 2026
141
15:05 / 10 İyun 2026
56
15:03 / 10 İyun 2026
237
14:57 / 10 İyun 2026
65
14:55 / 10 İyun 2026
70
14:53 / 10 İyun 2026
64
14:41 / 10 İyun 2026
72
14:34 / 10 İyun 2026
69
14:30 / 10 İyun 2026
68
14:25 / 10 İyun 2026
69
14:25 / 10 İyun 2026
72
14:15 / 10 İyun 2026
63
14:14 / 10 İyun 2026
435
14:12 / 10 İyun 2026
57
13:55 / 10 İyun 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.