Əli Əsədovdan yeni qərar — SİYAHI TƏSDİQLƏNDİ
10 İyun 2026, 10:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3070
20.04.2026, 21:20
Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədov İqtisadi Şuranın iclasını keçirib.
İclas aqrar sahənin inkişafına həsr olunub.
Qeyd edək ki, bu, aprel ayı ərzində İqtisadi Şuranın ayrıca 4-cü iclasıdır - 3 iclas ayrıca, daha bir iclas Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası ilə birgə.
İqtisadi Şuranın 10 apreldə keçirilən iclasında Prezidentin köməkçisi Natiq Əmirov məruzə edib, ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov isə çıxış ediblər.
Şuranın 14 apreldə keçirilən növbəti iclasında maliyyə naziri Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və iqtisadiyyat naziri Mikayıl Cabbarov məruzə edib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar da çıxış ediblər.
Şuranın bugünkü - 20 aprel tarixli iclası ilə bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədovun geniş məruzəsi dinlənilib.
10 apreldəki iclas “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər mövzusuna, 14 apreldəki iclas 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlərə, bugünkü iclas isə aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, aqrar ticarətin və ixracın genişləndirilməsi, regionlarda məşğulluğun qorunması və digər carı məsələlərə həsr olunub.
Nazirlər Kabinetində 13 gün ərzində İqtisadi Şuranın 4 ardıcıl iclasının keçirilməsi Statistika Komitəsinin elan etdiyi nəticələrlə bağlı ola bilər. Çünki Statistika Komitəsinin açıqladığı rəsmi statistikada ölkənin iqtisadi göstəricilərinin kəskin aşağı düşdüyü, neft sənayesində gözlənilən azalma müqabilində ümid edilən və artırılması təşviq edilən kənd təsərrüfatında cəmi 0,2% artım olduğu, hətta ümumi daxili məhsulun (ÜDM) 2026-cı ilin ilk 3 ayında ötən illə müqayisədə 0,3 faiz azaldığı üzə çıxıb ki, bu da həyəcan siqnalı deməkdir.
Əli Əsədovun rəhbərliyi ilə keçirilən bugünkü iclasda, qeyd edildiyi kimi, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Baş nazirin müavini Şahin Mustafayev, maliyyə naziri Sahil Babayev, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov və s. iştirak edib.
10:08 / 10 İyun 2026
7
10:02 / 10 İyun 2026
23
09:58 / 10 İyun 2026
26
09:45 / 10 İyun 2026
42
09:43 / 10 İyun 2026
35
09:42 / 10 İyun 2026
39
09:40 / 10 İyun 2026
109
09:39 / 10 İyun 2026
46
01:04 / 10 İyun 2026
290
00:24 / 10 İyun 2026
347
00:01 / 10 İyun 2026
217
23:52 / 09 İyun 2026
180
23:36 / 09 İyun 2026
298
23:26 / 09 İyun 2026
157
23:23 / 09 İyun 2026
145
23:15 / 09 İyun 2026
149
23:09 / 09 İyun 2026
120
23:03 / 09 İyun 2026
198
22:59 / 09 İyun 2026
301
22:52 / 09 İyun 2026
556
22:41 / 09 İyun 2026
138
22:06 / 09 İyun 2026
140
21:47 / 09 İyun 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.