Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
458
20.04.2026, 17:05
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?
Qısa cavab: “Sığortanız yoxdursa, özünüz”.
Sığortası olmayan ev sahibi üçün leysan yağışı, su basması və ya yanğın yalnız bir hadisə deyil, birbaşa maddi itkidir. Divarlar, parket, elektrik sistemi, mebel bunların hər biri zərər gördükdə, xərcini siz çəkirsiniz. Sığorta şirkəti isə ancaq müqavilə olduqda zərəri ödəyir.
Qanuna əsasən, mənzil sahiblərinin icbari əmlak sığortası olması mütləqdir. Bu sığorta yanğın, qaz partlayışı, qısaqapanma, təbii fəlakətlər (zəlzələ, fırtına, qasırğa, dolu, sel, daşqın, yer sürüşməsi və leysan), nəqliyyat vasitələrinin vurması, subasma, kənar şəxsin vurduğu zərər, partlayış kimi 8 fövqəladə halı qarşılayır.
Bakı şəhəri üzrə icbari ev sığortasının illik qiyməti cəmi 50 manat, regionlarda isə 30 manatdan başlayır. Ayda təqribən 4 manata başa gəlir. Evə dəyən zərər görə maksimal alacağınız məbləğ 25 000 manat olacaq.
Evə dəyən zərərə görə daha çox ödəniş almaq istəyənlər üçün könüllü əmlak sığortası daha sərfəlidir. Könüllü sığortada alacağınız məbləğ 150 000 manat ola bilər. İllik ödəniş isə 79 manatdan başlayır.
Praktik hesab belədir: leysan nəticəsində baş verən orta səviyyəli ziyan 10 000 – 25 000 manat arasında dəyişir. İcbari sığortanın illik haqqı isə həmin məbləğin heç 1% belə etmir.
İndi seçimi siz edin, ya ildə bir dəfə 50 manat ödəyərsiniz, ya da hadisədən sonra minlərlə manat.
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.