Bu halda təqaüdünüz dayandırılacaq
20 İyun 2026, 00:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5235
20.04.2026, 14:53
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində ölkənin son 20 ildə keçdiyi iqtisadi inkişaf yolunun mühüm göstəricilərini açıqlayıb. Dövlət başçısı qeyd edib ki, son iki onillikdə Azərbaycan iqtisadiyyatı təxminən 4 dəfə artıb, yoxsulluq və işsizlik isə 5% səviyyəsinə enib.
Sözügedən artımın daxili dinamikası və sosial təsirləri ilə bağlı Oxu24.com-a danışan iqtisadçı Asif İbrahimov rəqəmlərin arxasındakı əsas faktorları və mövcud çağırışları təhlil edib.
Ekspert bildirib ki, son 20 ildə baş verən ciddi genişlənmənin bir neçə sütunu var. Onun sözlərinə görə, artımın əsas lokomotivi enerji sektorudur:
"Bu artımın əsas mənbəyi ilk növbədə neft-qaz sektoru olub. Enerji ixracından əldə olunan gəlirlər iqtisadiyyatın sürətli böyüməsinə təkan verib. Paralel olaraq, dövlət investisiyaları hesabına həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti sektoru və xidmət sahələri də bu artıma mühüm töhfə verib”.
Asif İbrahimov qeyd edib ki, ümumi makroiqtisadi göstəricilər müsbət olsa da, inkişafın regionlar üzrə paylanmasında fərqliliklər müşahidə olunur. İqtisadi aktivliyin daha çox paytaxt mərkəzli olduğunu vurğulayan iqtisadçı, regionlarda gəlir və məşğulluq imkanlarının Bakı ilə müqayisədə məhdud qaldığını bildirib.
Asif İbrahimov sosial göstəricilərdəki disbalansa da diqqət çəkib. O, orta və minimum əməkhaqqı arasındakı nisbətin beynəlxalq praktikadan fərqləndiyini vurğulayıb:
"Beynəlxalq praktikada minimum əməkhaqqının orta aylıq əməkhaqqının ən azı 60 faizi səviyyəsində olması tövsiyə olunur. Azərbaycanda isə bu göstərici təxminən 37 faiz civarındadır. Bu isə iqtisadi artıma baxmayaraq, gəlir bölgüsündə müəyyən disbalansın qaldığını göstərir”.
İqtisadçı sonda əlavə edib ki, ölkə iqtisadiyyatı üçün növbəti mərhələdə əsas çağırış təkcə kəmiyyət artımını qorumaq deyil, həm də gəlirlərin cəmiyyətin bütün təbəqələri və regionlar arasında daha balanslı şəkildə bölüşdürülməsini təmin etməkdir.
Çimnaz Telmanqızı
11:48 / 20 İyun 2026
55
11:34 / 20 İyun 2026
289
10:40 / 20 İyun 2026
68
09:49 / 20 İyun 2026
82
09:46 / 20 İyun 2026
84
09:44 / 20 İyun 2026
85
00:22 / 20 İyun 2026
1410
00:13 / 20 İyun 2026
1249
00:10 / 20 İyun 2026
143
23:56 / 19 İyun 2026
5474
23:51 / 19 İyun 2026
135
23:49 / 19 İyun 2026
259
23:19 / 19 İyun 2026
284
23:03 / 19 İyun 2026
4182
22:56 / 19 İyun 2026
350
22:40 / 19 İyun 2026
406
22:34 / 19 İyun 2026
827
22:24 / 19 İyun 2026
125
22:18 / 19 İyun 2026
126
22:06 / 19 İyun 2026
129
21:56 / 19 İyun 2026
913
21:53 / 19 İyun 2026
143
21:17 / 19 İyun 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.