Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1924
20.04.2026, 14:21
Erkən kəsilən heyvanın əti keyfiyyətsiz olur — Ekspertdən ÇAĞIRIŞ
Azərbaycanda ət bazarında istehlakçıları narahat edən əsas məsələlərdən biri də heyvanların vaxtından əvvəl kəsimə göndərilməsidir. Bəs erkən kəsim ətin tərkibinə və keyfiyyətinə necə təsir edir? Bu sahədə nəzarət mexanizmləri hansı qurumun öhdəliyindədir?
Oxu24.com xəbər verir ki, qida mütəxəssisi Elsevər Fərzəliyev mövzu ilə bağlı maraqlı məqamlara toxunub. O bildirib ki, ətin keyfiyyətli olması üçün hər bir proses mütləq şəkildə vaxtında icra edilməlidir.
Mütəxəssisin sözlərinə görə, heyvanın kəsim vaxtı onun qidalılıq dəyərini birbaşa müəyyən edən amildir:
"Əgər kəsim vaxtından tezdirsə, deməli, ətin tərkib keyfiyyəti hələ formalaşmayıb. Əksinə, vaxtı ötmüş kəsimdə isə məhsul istehlak yetişkənliyi mərhələsini keçmiş olur ki, bu da müsbət nəticə vermir. Keyfiyyətli məhsul üçün heyvan vaxtında tədarük olunmalı, vaxtında kəsilməli və emal edilməlidir”.
E.Fərzəliyev qeyd edib ki, ölkədə qida məhsullarının, o cümlədən ətin keyfiyyətinə və təhlükəsizliyinə cavabdeh olan əsas qurum Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir (AQTA):
"Ölkədə hazırlanan, xaricə çıxarılan və ya idxal edilən bütün qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsuliyyət birbaşa Agentliyin üzərindədir. “Qida təhlükəsizliyi haqqında” qanunda və Agentliyin müvafiq məcəlləsində bu məsələlər öz əksini tapıb”.
Ekspert həmçinin əlavə edib ki, bir mühəndis kimi emal texnologiyası sahəsindəki çatışmazlıqları şərh edə bilsə də, kəsim prosesinin təşkili və qanunvericilik bazasının icrası kənd təsərrüfatı və nəzarətedici qurumların səlahiyyətinə daxildir.
Çimnaz Telmanqızı
08:13 / 12 Noyabr 2026
121
07:20 / 12 Noyabr 2026
89
03:10 / 12 Noyabr 2026
136
01:25 / 12 Noyabr 2026
223
00:55 / 12 Noyabr 2026
203
00:43 / 12 Noyabr 2026
146
00:35 / 12 Noyabr 2026
392
00:33 / 12 Noyabr 2026
135
00:27 / 12 Noyabr 2026
150
00:24 / 12 Noyabr 2026
180
00:19 / 12 Noyabr 2026
180
00:17 / 12 Noyabr 2026
303
00:11 / 12 Noyabr 2026
171
23:54 / 11 Noyabr 2026
152
23:52 / 11 Noyabr 2026
148
23:50 / 11 Noyabr 2026
175
23:45 / 11 Noyabr 2026
1685
23:28 / 11 Noyabr 2026
141
23:24 / 11 Noyabr 2026
151
23:18 / 11 Noyabr 2026
168
23:09 / 11 Noyabr 2026
156
23:03 / 11 Noyabr 2026
148
23:01 / 11 Noyabr 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.