Toyuq alarkən bunlara diqqət edin – Ekspertdən XƏBƏRDARLIQ
07 İyul 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1597
20.04.2026, 12:57
Dünyanı cənginə alan enerji böhranı və geosiyasi gərginliklər fonunda Azərbaycan əhalisini bir sual düşündürür: İşıq, qaz və suyun qiyməti qalxacaq?
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Oxu24.com-a açıqlamasında bildirib ki, qlobal bazarlarda neftin qiymətinin artması və inflyasiya dalğası bir çox ölkədə tariflərin kəskin yüksəlməsinə səbəb olub. Azərbaycanda isə kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən qiymətlər siyahısına daxildir və Tarif Şurası tərəfindən müəyyən edilir.
Bəs yaxın gələcəkdə bizi nə gözləyir?Yanacaq bahalaşsa, nə olacaq?
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, ölkə daxilindəki kommunal tariflər birbaşa dünya bazarlarındakı proseslərlə bağlı olmasa da, müəyyən "zəncirvari reaksiya" qaçılmazdır:
"Dünyada neftin qiyməti qalxır, bu da enerji daşıyıcılarının dəyərini artırır. Əgər yanacaq məhsullarının qiyməti qalxarsa, bu, ardıcıl olaraq işığın, qazın və suyun da xərclərinə təsir göstərə bilər”.
Ekspert vurğulayıb ki, Azərbaycan hökuməti adətən hər 4-5 illik fasilələrlə kommunal xidmətlərin tariflərinə yenidən baxır. Ötən dövrün reallıqları göstərir ki, bu artımlar cüzi və ehtiyatlı olsa da, mütəmadi xarakter daşıyır.
Bu il artım gözlənilirmi?
Əhali üçün ən kritik məqama toxunan Pərviz Heydərov, yaxın müddət üçün sakitləşdirici proqnoz verib. O, növbəti artımın nə vaxt olacağını deməyin çətin olduğunu bildirsə də, cari il ərzində belə bir addımın atılacağına inanmadığını qeyd edib.
Görünən odur ki, qlobal böhranlar qapımızı döysə də, Azərbaycan hökuməti hələlik daxili bazarda tarifləri sabit saxlamaqda maraqlıdır. Lakin iqtisadi konyunkturun gələcəkdə hansı qərarları şərtləndirəcəyi Tarif Şurasının növbəti iclaslarından asılı olacaq.
Çimnaz Telmanqızı
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.