Azərbaycan əhalisinin gəlirləri 10 %-dən çox artıb
10 İyun 2026, 12:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
894
19.04.2026, 23:58
Bəzən bir qab meyvənin qiyməti ailə büdcəsində ciddi boşluq yarada bilir. Xüsusən də mövsümü hələ tam gəlməmiş məhsullar bazarda od qiymətinə satılır. Görəsən, bu dadın həsrətini çəkməyə dəyər, yoxsa bir qədər də səbirli olmaq lazımdır?
Bəs süfrələrimizə bu qədər baha başa gələn alçalar necə yetişdirilir?
Alçanın 84 qramı 7 manata satılır. Həmin qabın içində isə cəmi beş alça var.
Paytaxt bazarlarında yazın ən çox gözlənilən meyvələrindən olan alça yenə yüksək qiymətlərlə satışa çıxarılıb.
İctimai TV-nin qz tutduğu bazarda alçanın bir kiloqramı 100 manata təklif olunur.
Satıcılar buna səbəb kimi məhsulun azlığını və becərilməsinə çəkilən yüksək xərcləri göstərirlər.
Satıcıların sözlərinə görə, hazırda satış zəifdir. Əksər alıcılar alçanı kilo ilə deyil, qablarla alırlar. Bəzi qablarda səkkiz-doqquz ədəd alça olur və onlar 10 manata satılır. Məhsulun Göyçay, Şəmkir və digər rayonlardan gətirildiyi bildirilir.
Alıcılar isə bildirirlər ki, qiymətlər baha olsa da, bəzən evdə uşaq, xəstə və ya hamilə qadın olduğu üçün bu meyvəni almağa məcbur olurlar. Bəziləri isə qiymətlərin mövsüm yaxınlaşdıqca ucuzlaşacağını düşünərək gözləməyə üstünlük verirlər.
Kənd təsərrüfatı eksperti Akif Nəsirli deyib ki, meyvələrin bazara daha tez çıxarılması üçün müxtəlif aqrotexniki üsullardan istifadə olunur.
Bu üsullar məhsulun daha tez yetişməsinə kömək edir və təhlükəsiz hesab olunur.
Onun sözlərinə görə, bəzi hallarda hormonal maddələrdən və etanol qazından istifadə edilir. Həmin qaz istixana şəraitində yetişdirilən ağacların ətrafına verilir və meyvələrin vaxtından əvvəl yetişməsinə şərait yaradır. Lakin bu maddələr normadan artıq istifadə edilərsə, zərərli ola bilər.
Ekspert vurğulayıb ki, elmi əsaslara uyğun şəkildə yetişdirilən meyvələrin sağlamlığa zərəri yoxdur.
Mütəxəssislər bildirirlər ki, hormonal maddələrin təhlükəsi alçaya aid edilmir. Çünki alça əsasən yaşıl, yəni tam yetişməmiş halda yığılır və satışa çıxarılır. Zərərli təsirlər isə əsasən meyvə tam yetişdikdən sonra üzə çıxır.
12:16 / 10 İyun 2026
1
12:13 / 10 İyun 2026
13
12:00 / 10 İyun 2026
38
11:52 / 10 İyun 2026
44
11:47 / 10 İyun 2026
131
11:41 / 10 İyun 2026
91
11:36 / 10 İyun 2026
76
11:32 / 10 İyun 2026
72
11:21 / 10 İyun 2026
72
11:13 / 10 İyun 2026
93
11:06 / 10 İyun 2026
456
11:01 / 10 İyun 2026
62
10:53 / 10 İyun 2026
61
10:50 / 10 İyun 2026
126
10:34 / 10 İyun 2026
95
10:32 / 10 İyun 2026
68
10:30 / 10 İyun 2026
78
10:24 / 10 İyun 2026
95
10:18 / 10 İyun 2026
75
10:16 / 10 İyun 2026
72
10:08 / 10 İyun 2026
884
10:02 / 10 İyun 2026
129
09:58 / 10 İyun 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.