Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
5020
18.04.2026, 23:59
Daşınmaz əmlak bazarında sənədləşmə məsələsi alıcılar üçün ən həssas mövzulardan biri olaraq qalır. Xüsusilə çıxarışı olmayan evlərin satışı zamanı hüquqi risklər daha da artır. Bir çox hallarda vətəndaşlar daha ucuz qiymətə görə etibarnamə və ya bələdiyyə sənədləri ilə kifayətlənirlər. Lakin bu cür yanaşma sonradan ciddi mübahisələrə və mülkiyyət problemlərinə səbəb ola bilər.
Oxu24.com xəbər verir ki məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, etibarnamə mülkiyyət hüququnu ötürmür, yəni etibarnamə ilə mülkiyyət bir şəxsdən digərinə keçmir:
"Bu, əsasən sənədsiz evlərlə bağlıdır. Həmin evlərin çıxarışı olmadığı üçün sahibi satışı etibarnamə yolu ilə həyata keçirməyə çalışır. Bu isə hüquqi baxımdan əsaslı sənəd hesab olunmur.
İkincisi, bələdiyyə sənədinin olması o deməkdir ki, bələdiyyə tərəfindən müəyyən icazə verilib, lakin konkret obyektin çıxarışı yoxdur. Belə hallarda ehtiyatlı yanaşmaq lazımdır. Çünki bir çox hallarda bələdiyyə tərəfindən verilmiş sənədlər ya saxta olur, ya müddəti bitir, ya da müxtəlif səbəblərlə çıxarış alınmadığı üçün sadəcə bələdiyyə sənədi kimi qalır. Bu səbəbdən belə sənədlər etibarlı hesab olunmur".
Ekspert deyib ki, Dövlət Əmlak Xidməti və kadastr tərəfindən verilmiş çıxarışı olan evlər hüquqi baxımdan daha etibarlıdır.
"Bu cür daşınmaz əmlakı notarial qaydada alqı-satqı etmək mümkündür. Tövsiyə olunur ki, məhz bu sənədlərə əsaslanan evlərə üstünlük verilsin ki, sonradan problemlər yaranmasın. Yekun olaraq, çıxarışı olmayan hər hansı daşınmaz əmlakı almaq məsləhət deyil. Adətən aztəminatlı və ya yeni qurulmuş ailələr daha ucuz olduğu üçün sənədsiz evlərə üz tuturlar. Bu başa düşüləndir, lakin nəticədə ciddi problemlərin yaranmasına səbəb ola bilər",- deyə o bildirib.
09:36 / 12 Noyabr 2026
1
09:22 / 12 Noyabr 2026
191
08:13 / 12 Noyabr 2026
175
07:20 / 12 Noyabr 2026
114
03:10 / 12 Noyabr 2026
147
01:25 / 12 Noyabr 2026
243
00:55 / 12 Noyabr 2026
224
00:43 / 12 Noyabr 2026
151
00:35 / 12 Noyabr 2026
425
00:33 / 12 Noyabr 2026
140
00:27 / 12 Noyabr 2026
155
00:24 / 12 Noyabr 2026
190
00:19 / 12 Noyabr 2026
186
00:17 / 12 Noyabr 2026
320
00:11 / 12 Noyabr 2026
176
23:54 / 11 Noyabr 2026
157
23:52 / 11 Noyabr 2026
154
23:50 / 11 Noyabr 2026
182
23:45 / 11 Noyabr 2026
1881
23:28 / 11 Noyabr 2026
144
23:24 / 11 Noyabr 2026
156
23:18 / 11 Noyabr 2026
171
23:09 / 11 Noyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.