Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…
12 Noyabr 2026, 09:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
727
18.04.2026, 11:40
Güclü külək zamanı bina və reklam lövhələrindən uzaq durmaq tövsiyə olunur.
Oxu24.com-a Fövqəladə Hallar Naziriliyindən (FHN) verilən məlumata görə, bu barədə nazirliyin qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib.
Məlumata görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
09:42 / 12 Noyabr 2026
25
09:36 / 12 Noyabr 2026
39
09:22 / 12 Noyabr 2026
298
08:13 / 12 Noyabr 2026
183
08:05 / 12 Noyabr 2026
27
07:20 / 12 Noyabr 2026
118
03:10 / 12 Noyabr 2026
149
01:25 / 12 Noyabr 2026
251
00:55 / 12 Noyabr 2026
230
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
436
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
158
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
324
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
157
23:50 / 11 Noyabr 2026
184
23:45 / 11 Noyabr 2026
1901
23:28 / 11 Noyabr 2026
145
23:24 / 11 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.