Yenə tıxac var -SİYAHI
12 Noyabr 2026, 09:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1350
18.04.2026, 00:02
Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, “daşınmaz əmlakın idarə olunması” ixtisası da sözügedən siyahıya əlavə edilib.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2024-cü il tarixli, 503 nömrəli qərarı ilə təsdiq edilmiş bakalavriat ixtisaslarının təsnifatında texniki və texnoloji ixtisaslar qrupuna aid edilib.
Təsnifata əsasən, bu ixtisas qrupu isə I ixtisas qrupuna daxildir. Beləliklə, bu ixtisas üzrə təhsil almaq istəyən abituriyentlər I ixtisas qrupu üzrə imtahan verməlidirlər.
Bəs yeni ixtisas üzrə plan yerləri necə müəyyənləşəcək?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən sorğumuza cavab olaraq bildirildi ki, plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra DİM-ə təqdim olunur:
“DİM həmin plan yerlərini “Abituriyent” jurnalında dərc edir və qəbul prosesini buna uyğun həyata keçirir. Qeyd olunub ki, plan yerlərinin müəyyənləşdirilməsi DİM-in səlahiyyətinə aid deyil – qurum yalnız təsdiq edilmiş yerlər üzrə qəbul aparır”.
Qeyd edək ki, Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslar əsasən ixtisas qrupları üzrə formalaşdırılır. Hazırda ölkədə I, II, III, IV və V ixtisas qrupları mövcuddur və bu qruplar üzrə yüzlərlə ixtisas tədris olunur.
09:51 / 12 Noyabr 2026
16
09:48 / 12 Noyabr 2026
25
09:42 / 12 Noyabr 2026
40
09:36 / 12 Noyabr 2026
44
09:22 / 12 Noyabr 2026
354
08:13 / 12 Noyabr 2026
184
08:05 / 12 Noyabr 2026
34
07:20 / 12 Noyabr 2026
120
03:10 / 12 Noyabr 2026
149
01:25 / 12 Noyabr 2026
252
00:55 / 12 Noyabr 2026
232
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
438
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
158
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
326
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
160
23:50 / 11 Noyabr 2026
186
23:45 / 11 Noyabr 2026
1921
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.