Onların maaşı 14 % artıb
19 İyun 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
15546
17.04.2026, 23:07
Bu gün yerli mediada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun şirkətləri,obyektləri barədə yazılar yer aldı.
Bunun ardınca bir neçə saytda baş naziri tənqid edən məqalələr yer aldı.Bütün bunlar yaşı 70-ə çatan baş nazirin postu ilə vidalaşacağı ehtimalını gücləndirir.
Bəs,bir gündə medianın tənqidinə məruz qalan Əli Əsədov kimdir?
Oxu24.com xəbər verir ki,Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub, 1964-1974-cü illərdə Bakı şəhərində 134 nömrəli məktəbdə təhsil alıb.
1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub və 1978-ci ildə həmin İnstitutu bitirib.
1978-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi çalışıb.
1978-1980-ci illərdə ordu sıralarında xidmət edib.
1980-ci ildə yenidən Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna qayıdaraq, 1981-ci ilədək baş laborant kimi fəaliyyətini davam etdirib.
1981-1984-cü illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda aspirant olub, 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1985-1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi və elmi işçi kimi fəaliyyət göstərib.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb və 1995-ci ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent və kafedra müdiri kimi çalışıb.
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
1998-ci il aprelin 17-də Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.
2012-ci il 29 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin olunub.
2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri kimi çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 fevral tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.
Təltiflər:
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2012-ci il)
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2016-cı il)
Ailəlidir, iki övladı var.
Oğlu Hidayət Əsədov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavinidir,baş ədliyyə müşaviri rütbəsini daşıyır.
Jalə
01:13 / 19 İyun 2026
245
01:06 / 19 İyun 2026
70
00:55 / 19 İyun 2026
132
00:44 / 19 İyun 2026
254
00:42 / 19 İyun 2026
144
00:39 / 19 İyun 2026
87
00:35 / 19 İyun 2026
146
00:28 / 19 İyun 2026
123
00:27 / 19 İyun 2026
343
00:18 / 19 İyun 2026
79
00:15 / 19 İyun 2026
210
00:04 / 19 İyun 2026
425
23:56 / 18 İyun 2026
87
23:47 / 18 İyun 2026
82
23:24 / 18 İyun 2026
94
23:13 / 18 İyun 2026
83
23:10 / 18 İyun 2026
123
23:02 / 18 İyun 2026
85
22:50 / 18 İyun 2026
132
22:50 / 18 İyun 2026
1562
22:42 / 18 İyun 2026
622
22:37 / 18 İyun 2026
87
22:26 / 18 İyun 2026
372
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.