31 yaşlı Konstitusiyamız: Orada nə yazılıb? — TƏHLİL
12 Noyabr 2026, 10:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
17.04.2026, 18:28
Milli Məclisin sədri Sahibə Qafarova Dominikan Respublikası Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.
Bu barədə Oxu24.com a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sədr dominikanlı həmkarı ilə İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində görüşüb.
Görüş zamanı parlamentlərarası əlaqələrin inkişafı perspektivləri və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı ölkələrimizin Parlamentlərarası İttifaq, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının əhəmiyyəti qeyd olunub, bunun ümumi mənafelərə xidmət etdiyi vurğulanıb.
S.Qafarova Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, parlament diplomatiyasının təşviqinə xüsusi önəm verdiyini bildirib. Əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, o cümlədən kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi üçün qarşılıqlı dəstəyin təşviqi və qlobal çağırışlara birgə cavab verilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.
O, həmçinin bildirib ki, COP29-a sədrliyi çərçivəsində Azərbaycan kiçik ada dövlətlərin narahatlıqlarını daim diqqətdə saxlayıb, onların üzləşdiyi problemlərin həlli istiqamətində beynəlxalq səylərin birləşdirilməsinə xüsusi önəm verib. Bu məqsədlə COP29 çərçivəsində həmin dövlətlərin problemlərinə həsr olunmuş xüsusi sammit keçirilib. Sahibə Qafarova, eyni zamanda, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasının və institusional inkişafının çoxtərəfli parlament əməkdaşlığı baxımından önəmli platformaya çevrildiyini vurğulayıb.
Alfredo Paçeko ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirərək, parlamentlər arasında təmasların artırılmasının münasibətlərin inkişafına töhfə verəcəyini qeyd edib.


10:05 / 12 Noyabr 2026
92
09:51 / 12 Noyabr 2026
51
09:48 / 12 Noyabr 2026
50
09:42 / 12 Noyabr 2026
73
09:36 / 12 Noyabr 2026
61
09:22 / 12 Noyabr 2026
476
08:13 / 12 Noyabr 2026
195
08:05 / 12 Noyabr 2026
44
07:20 / 12 Noyabr 2026
126
03:10 / 12 Noyabr 2026
150
01:25 / 12 Noyabr 2026
259
00:55 / 12 Noyabr 2026
239
00:43 / 12 Noyabr 2026
153
00:35 / 12 Noyabr 2026
446
00:33 / 12 Noyabr 2026
141
00:27 / 12 Noyabr 2026
161
00:24 / 12 Noyabr 2026
192
00:19 / 12 Noyabr 2026
187
00:17 / 12 Noyabr 2026
330
00:11 / 12 Noyabr 2026
177
23:54 / 11 Noyabr 2026
160
23:52 / 11 Noyabr 2026
160
23:50 / 11 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.