Toyuq alarkən bunlara diqqət edin – Ekspertdən XƏBƏRDARLIQ
07 İyul 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1077
17.04.2026, 18:22
Ucar rayonunda özünüməşğulluq proqramına müraciət edən vətəndaşlar mal-qara və aktivlərin verilməsindəki gecikmələrdən narazıdır.
Oxu24.com-a müraciət edən rayonun Qarabörk kənd sakinləri İlqar Quliyev və Valeh Allahverdiyev xeyli müddətdir ki,mal-qara üçün müraciət etdiklərini,amma cavab ala bilmədiklərini bildirirlər.Vətəndaşların bildirdiyinə görə,onlara mal-qaranın niyə verilməməsi barədə açıqlama verən yoxdur.
Məsələ ilə bağlı sayt Dövlət Məşğulluq Agentliyinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, vətəndaşların müraciətləri qeydiyyata alınıb və hazırda icra mərhələsindədir:
"Ucar rayonunun Qarabörk kənd sakini Quliyev İlqar Məhbub oğlu 13.09.2024-cü il tarixdə, həmin kənd sakini Allahverdiyev Valeh Əliyusif oğlu isə 29.07.2025-ci il tarixdə 'Maldarlıq təsərrüfatı' zərfi üzrə özünüməşğulluq proqramına müraciət ediblər. Hər iki şəxs hazırda seçdikləri istiqamət üzrə növbədədirlər”.
Agentlik həmçinin qeyd edib ki, proqramın hər bir mərhələsi — şəraitə baxış, təlimlərə cəlb edilmə və mal-materialla təminat — növbəli qaydada həyata keçirilir. Şəffaflığı təmin etmək üçün vətəndaşların www.dma.gov.az saytındakı "Özünüməşğulluq Reyestri" vasitəsilə öz növbələrini izləmək imkanı olduğu vurğulanıb.
Məsələni hüquqi müstəvidə şərh edən hüquqşünas Ellada Bayramovanın rəyinə görə, bu cür gecikmələr sadəcə texniki məsələ deyil, həm də sosial dövlət prinsiplərinin pozulmasıdır.
Hüquqi rəydə qeyd olunan əsas məqamlar:
“Dövlətin öz üzərinə götürdüyü öhdəliyi gecikdirməsi "İnzibati icraat haqqında" qanunvericiliyin prinsiplərinə ziddir. Bu proqramlar işsizliyin azaldılmasına xidmət etdiyi üçün, hər bir gecikmə vətəndaşın potensial gəlirindən məhrum olması deməkdir”.
Vətəndaşlar Nə Etməlidir?
Hüquqşünas çıxış yolu kimi vətəndaşlara aşağıdakı instansiyalara müraciət etməyi tövsiyə edir:
“İlk növbədə yerli məşğulluq orqanına yazılı müraciət edilməli, gecikmənin səbəbləri və dəyən zərər ətraflı göstərilməlidir. Əgər yerli qurumun cavabı formal xarakter daşıyarsa, yuxarı instansiyaya—Əmək və Əhalinin Sosial Nazirliyinə şikayət verilməlidir. Dövlət qurumlarının laqeydliyi hallarında Müvəkkilin müdaxiləsi çox vaxt məhkəməsiz həllə yol açır. Belə hallarda İnzibati Məhkəmə ən effektiv vasitələrdən biridir. Vətəndaş məhkəmə vasitəsilə qurumun üzərinə konkret öhdəlik qoyulmasını və dəyən maddi-mənəvi ziyanın ödənilməsini tələb edə bilər”.
Oxu24.com olaraq mövzunu diqqətdə saxlayacağıq.
Çimnaz Telmanqızı
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.