Qaynar xətt:

(+99450) 247 90 86

"Azərişıq" ASC 24 saatlıq gücləndirilmiş iş REJİMİNDƏ

\"Azərişıq\" ASC 24 saatlıq gücləndirilmiş iş REJİMİNDƏ

CƏMİYYƏT

76

06.04.2026, 19:22

Ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar paytaxt və regionların bəzi hissələrində, eləcə də şimal bögəsində yerləşən bir sıra rayonlarda, bəzi kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində qısamüddətli məhdudiyyətlər yaratsa da, “Azərişıq" ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirir.

 Oxu24.com  xəbər verir ki, paytaxt və ətraf kənd, qəsəbələrində intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının qəza yaranan ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla yaranan qəzaları aradan qaldırmaq üçün gecə-gündüz fasiləsiz gücləndirilmiş iş rejimində çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir.

 Həmçinin regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material cəlb edilib. Çaylarda yaranan güclü sel və daşqınlar bir sıra ərazilərdə elektrik dirəklərinin aşması ilə nəticələnib. Aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələrin yaranmasına səbəb olub. Mürəkkəb dağlıq relyefə malik ərazilərdə qeyri-sabit hava şəraitində nəqliyyatın hərəkətinin çətinliyinə baxmayaraq “Azərişıq” ASC-nin qəza briqadaları digər dövlət qrumlarının əməkdaşları ilə birgə hadisə baş verən ərazilərə operativ şəkildə cəlb olunur. Elektrik enerjisi kəsintisi və qəza hallarının aradan qaldırılması məqsədilə paytaxtda və regionlarda təmir-bərpa işləri davam etdirilir.