Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
761
01.04.2026, 00:42
Müharibə ilə bağlı yaranan vəziyyət fonunda İranın bəzi vilayət və iri şəhərlərində kartofun qiymətində artım müşahidə olunur. Bu səbəbdən İranın Kənd Təsərrüfatı Nazirliyi ehtiyat fondlarından kartofun daxili bazarlara göndərilməsi barədə göstəriş verib. Eyni zamanda ölkədən kartof ixracı müvəqqəti olaraq dayandırılıb. Nəzərə alsaq ki, Azərbaycan da kartofu qismən İrandan idxal edir, bu qərarın yerli bazara təsiri diqqət mərkəzindədir. Azərbaycanda kartofun qiyməti son günlər getdikcə bahalaşır. Sizcə, bu bahalaşma İranın ixracı məhdudlaşdırması ilə nə dərəcədə bağlıdır və qiymət artımı nə zaman səngiyə bilər?
Oxu24.com xəbər verir ki bu barədə Medianews.az-a açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib ki, müharibə ilə bağlı regionda yaranmış gərginlik fonunda İranda kartof qiymətlərinin artması və bu səbəbdən ixracın müvəqqəti dayandırılması Azərbaycan bazarında da müəyyən narahatlıqlar yaradıb:
“Hamımız bütün problemləri müharibədə görürük. Lakin mövcud vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycanda kartof qiymətlərində müşahidə olunan bahalaşmanı yalnız İran amili ilə əlaqələndirməməliyik. Azərbaycanın kartof idxalında İranın payı məhduddur və bazar daha çox digər ölkələr hesabına formalaşır. Bu baxımdan İranın ixrac məhdudiyyəti bazarda ciddi struktur çatışmazlıq yaratmır”.
Ekspert qeyd edib ki, bununla belə, sözügedən qərar qısamüddətli dövrdə bazarda psixoloji təsir formalaşdıraraq qiymətlərin artımına səbəb olur:
“Digər mühüm amil mövsümi faktorlarla bağlıdır. Hazırda bazarda əsasən ötən ilin məhsulu təklif olunur və ehtiyatların azalması qiymətlərə təzyiq göstərir. Eyni zamanda alternativ idxal mənbələrindən gətirilən məhsulun maya dəyərinin daha yüksək olması da qiymət artımını şərtləndirən amillər sırasındadır”.
A.İbrahimov bildirib ki, yaxın aylarda xüsusilə aprel-may dövründən etibarən yerli yeni məhsulun bazara daxil olması ilə qiymətlərdə sabitləşmə və müəyyən qədər enmə müşahidə oluna bilər:
“Əgər regionda geosiyasi gərginlik daha da dərinləşməzsə, hazırkı bahalaşmanın uzunmüddətli olacağı gözlənilmir. Nəticə etibarilə, mövcud qiymət artımı daha çox qısamüddətli və situativ xarakter daşıyır və bazarın fundamental balansında ciddi dəyişikliklər müşahidə olunmur”.
20:05 / 12 Noyabr 2026
4
19:49 / 12 Noyabr 2026
37
19:36 / 12 Noyabr 2026
56
19:31 / 12 Noyabr 2026
60
19:19 / 12 Noyabr 2026
71
19:15 / 12 Noyabr 2026
69
19:09 / 12 Noyabr 2026
64
19:03 / 12 Noyabr 2026
70
18:58 / 12 Noyabr 2026
80
18:50 / 12 Noyabr 2026
80
18:42 / 12 Noyabr 2026
804
18:40 / 12 Noyabr 2026
77
18:32 / 12 Noyabr 2026
327
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
97
18:16 / 12 Noyabr 2026
108
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
105
17:53 / 12 Noyabr 2026
100
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
117
16:21 / 12 Noyabr 2026
137
15:55 / 12 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.