Kənd və şəhər əhalisi üçün kommunal tariflər dəyişməlidir? – İqtisadçıdan TƏKLİF
12 Noyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
932
31.03.2026, 22:25
Azərbaycan musiqi tarixinin ən sevilən incilərindən biri olan "Sən yadıma düşəndə" mahnısı onilliklərdir ki, dillər əzbəridir. Lakin bu ecazkar bəstənin arxasında böyük bir sevgi acısı və nakam qalmış bir həyat hekayəsi dayanır.
Mahnının sözlərinin müəllifi, şair Dəmir Gədəbəyli gənc yaşlarında Müşgünaz adlı bir xanımı sevir. Gənclər bir-birinə bəslədikləri təmiz duyğularla ailə qurmaq istəsələr də, qızın atasının sərt etirazı bu izdivacın qarşısını kəsir. Beləliklə, şairin ilk sevgisi uğursuzluqla nəticələnir. Dəmir Gədəbəyli daxilindəki bu sönməz odu və həsrəti misralara tökərək məşhur "Sən yadıma düşəndə" şeirini qələmə alır.
İllər keçdikdən sonra görkəmli bəstəkarımız Elza İbrahimova bu şeirə təsirli bir musiqi bəstələyir. Həmin dövrdə mahnıların mütləq şəkildə bədii şuranın senzurasından keçməsi tələb olunurdu. Bir çox mahnıların "qayçılandığı" və ya qadağan edildiyi bir vaxtda, xoşbəxtlikdən bu bəstə heç bir maneə ilə qarşılaşmır və ilk ifadan xalqın qəlbinə yol tapır.
Mahnının əsl hekayəsi isə şairin ömrünün sonlarında üzə çıxır. Dəmir Gədəbəyli ilk eşqi olan Müşgünaz xanımın vəfat xəbərini alanda dözə bilmir və ömür-gün yoldaşına etiraf edir:
"Bu mahnını məhz Müşgünaz üçün yazmışdım...""Bu mahnını məhz Müşgünaz üçün yazmışdım..."
Beləliklə, hər dəfə bu mahnını dinləyərkən yalnız bir bəstə deyil, eyni zamanda iki qəlbin yarım qalmış hekayəsi Azərbaycanın musiqi yaddaşında yenidən canlanır.
Çimnaz Telmanqızı
20:05 / 12 Noyabr 2026
4
19:49 / 12 Noyabr 2026
37
19:36 / 12 Noyabr 2026
56
19:31 / 12 Noyabr 2026
60
19:19 / 12 Noyabr 2026
71
19:15 / 12 Noyabr 2026
69
19:09 / 12 Noyabr 2026
64
19:03 / 12 Noyabr 2026
70
18:58 / 12 Noyabr 2026
80
18:50 / 12 Noyabr 2026
80
18:42 / 12 Noyabr 2026
804
18:40 / 12 Noyabr 2026
77
18:32 / 12 Noyabr 2026
327
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
97
18:16 / 12 Noyabr 2026
108
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
105
17:53 / 12 Noyabr 2026
100
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
117
16:21 / 12 Noyabr 2026
137
15:55 / 12 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.