Eynulla Fətullayev haqqin.az-ı 2 milyona satıb?
10 İyun 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
617
31.03.2026, 22:30
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla keçmiş həyat yoldaşı H.Pənahova arasındakı məhkəmə çəkişməsi başa çatıb.
Oxu24.com Teleqraf-a istinadla xəbər verir ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsi qadına çatmalı olan əmlakın ona qaytarılması barədə qərar çıxarsa da, M.Pənahov bununla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, iddiada qeyd olunan əşyalar, onlar olmadıqda isə dəyəri Məhəmməd Pənahovdan alınaraq H.Pənahovaya verilməlidir. Məhəmməd Pənahovun isə qərardan kassasiya şikayət verib. Ali Məhkəmə isə Məzahir Pənahovun oğlunun şikayətin təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Teleqraf mübahisəyə səbəb olan və Məzahir Pənahovun ailəsi tərəfindən keçmiş gəlininə qaytarılacaq 300 min manatlıq əmlakların siyahısını əldə edib.
Söhbət 17 adda qızıl-zinət əşyasından, 100-ə yaxın şəxsi əl işi olan rəsm əsərindən, ümumi dəyəri 60.000 manat olan iki çamadan şəxsi əşyalardan, 40 adda cehiz əşyasından, 10.000 manat puldan, 40 adda şəxsi geyim əşyalarıdan, 9 adda ziyafət paltarlarından gedir.
Onlardan bir neçəsini təqdim edirik:
1) Toy komplekti: boyunbağı, üzük, qolbaq, sırğalar – 150.000 AZN;
2) Brilyant tək qaş üzük – 50.000 AZN;
3) Mərkəzdə oval böyük brilyant, kiçik dairəvi brilyantlardan əhatə olunmuş tək qaş üzük – 40.000 AZN;
4) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 11.000 AZN;
5) Brilyant komplekt: boyunbağı, nişan üzüyü, sırğalar – 7.000 AZN;
6) Brilyant komplekt: boyunbağı, üzük, qolbaq, sırğalar – 20.000 AZN;
7) brilyant üzük – 1.500 AZN;
8) Brilyant üzük 1 karatlı zümrüd daşla, yanlarda 0,5 karatlı 10 brilyant daşla – 1.500 AZN;
9) Ağ qızıldan brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;
10) Ağ qızıldan (qara və ağ) brilyant qolbaq (Roberto Coin 23 qram) – 3.000 AZN;
11) Qızıl qolbaq xırda brilyantlarla – 1.500 AZN;
12) Sadə qızıl qolbaq – 700 AZN;
13) Qızıl üzük kiçik brilyantla - 550 AZN;
14) Rado İsveçrə saat – 4.400 AZN;
15) Tissot saat – 3000 AZN;
16) Versace Hellenyium saat - 2266 AZN;
17) Swarovski saat - 824 AZN;
Qeyd edək ki, H.Pənahova keçmiş həyat yoldaşı ilə birlikdə ABŞ-nin Kaliforniya ştatında yaşayıb. Onun sözlərinə görə, evlilik müddətində əri tərəfindən şiddətə məruz qalıb, 17 ay birgə yaşadıqdan sonra qaldıqları villadan qaçaraq xilas ola bilib. Bir müddət əvvəl isə H.Pənahovanın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalmasına dair fotolar yayılmışdı.
13:44 / 10 İyun 2026
28
13:35 / 10 İyun 2026
43
13:31 / 10 İyun 2026
42
13:27 / 10 İyun 2026
43
13:23 / 10 İyun 2026
221
13:15 / 10 İyun 2026
57
13:12 / 10 İyun 2026
56
12:54 / 10 İyun 2026
958
12:52 / 10 İyun 2026
53
12:48 / 10 İyun 2026
69
12:43 / 10 İyun 2026
71
12:38 / 10 İyun 2026
69
12:29 / 10 İyun 2026
439
12:27 / 10 İyun 2026
217
12:19 / 10 İyun 2026
108
12:16 / 10 İyun 2026
77
12:13 / 10 İyun 2026
73
12:00 / 10 İyun 2026
92
11:52 / 10 İyun 2026
76
11:47 / 10 İyun 2026
250
11:41 / 10 İyun 2026
127
11:36 / 10 İyun 2026
98
11:32 / 10 İyun 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.