Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
573
31.03.2026, 21:09
Azərbaycanda mənzilin boş saxlanmasına görə ayrıca verginin tətbiq olunub-olunmaması tez-tez müzakirə olunan məsələlərdəndir. Mövcud qanunvericilik isə bu suala aydınlıq gətirir.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin mülkiyyətində olan yaşayış sahələri əmlak vergisinin obyektidir. Belə ki, Məcəllənin 197.1.1-ci maddəsinə görə, mənzil, ev və digər tikililər mülkiyyətdə olduğu halda vergiyə cəlb olunur. Bu isə o deməkdir ki, daşınmaz əmlakın istifadə edilib-edilməməsi vergi öhdəliyinə təsir etmir.
Eyni zamanda, Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, əmlak vergisi yaşayış sahəsinin ümumi sahəsinə – kvadratmetrlə hesablanır. Burada da mənzilin boş olması və ya kirayədə verilməsi arasında hər hansı fərq nəzərdə tutulmur.
Qanunvericiliyə görə, əmlak vergisinin ödənilməsi qaydaları isə Vergi Məcəlləsinin 200-cü maddəsi ilə tənzimlənir və bu ödənişlər bələdiyyələr vasitəsilə həyata keçirilir.
Azərbaycanda hazırda “boş ev vergisi” adlı ayrıca vergi növü mövcud deyil. Lakin vətəndaş mülkiyyətində olan mənzilə görə, onun istifadə olunub-olunmamasından asılı olmayaraq, əmlak vergisi ödəməlidir.
ABŞ və Fransada isə bu model tətbiq olunur.
Qeyd edək ki, əgər mənzil kirayəyə verilərsə, bu zaman əldə olunan gəlir əlavə olaraq gəlir vergisinə cəlb olunur.
Çimnaz Telmanqızı
20:08 / 12 Noyabr 2026
10
20:05 / 12 Noyabr 2026
38
19:59 / 12 Noyabr 2026
21
19:49 / 12 Noyabr 2026
55
19:36 / 12 Noyabr 2026
65
19:31 / 12 Noyabr 2026
71
19:19 / 12 Noyabr 2026
81
19:15 / 12 Noyabr 2026
78
19:09 / 12 Noyabr 2026
75
19:03 / 12 Noyabr 2026
78
18:58 / 12 Noyabr 2026
86
18:50 / 12 Noyabr 2026
87
18:42 / 12 Noyabr 2026
848
18:40 / 12 Noyabr 2026
83
18:32 / 12 Noyabr 2026
336
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
98
18:16 / 12 Noyabr 2026
109
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
106
17:53 / 12 Noyabr 2026
101
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.