Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
683
31.03.2026, 21:04
Yeni mobil nömrə alanların nəzərinə
Son illərdə mobil rabitə sahəsində diqqət çəkən problemlərdən biri də istifadə olunmuş nömrələrin yenidən satışa çıxarılmasıdır. Mobil operatorlar uzun müddət aktiv olmayan nömrələri dövriyyəyə qaytararaq yeni abonentlərə təqdim edir. Lakin bu proses bəzən gözlənilməz və xoşagəlməz hallara səbəb olur.
Yeni nömrə alan istifadəçilər həmin nömrənin əvvəlki sahibinə ünvanlanmış zənglər və ismarıclarla qarşılaşa bilərlər.
Banklardan gələn bildirişlər, borc xatırlatmaları, şəxsi ismarışlar və hətta tanımadıqları insanlardan edilən zənglər yeni istifadəçini narahat edir və gündəlik həyatına təsir göstərir. Bəzi hallarda şəxsi məlumatların sızması və məxfiliyin pozulması riski də yaranır. Məsələn, əvvəlki sahib nömrəsini müxtəlif platformalarda qeydiyyatdan keçiribsə, həmin hesablarla bağlı məlumatlar yeni istifadəçinin qarşısına çıxa bilər. Bu isə həm təhlükəsizlik, həm də etik baxımdan ciddi suallar doğurur.
Bununla bağlı Oxu24.com- a danışan İT mütəxəssisi Elvin Abbasov deyib ki, əvvəl işləmiş mobil nömrələrin yenidən satışı, abunəçi tərəfindən 6 ay və ya 1 il müddətində heç bir əməliyyat aparılmadıqda müqavilənin ləğvi və nömrənin "karantin dövrünə" alınması ilə başlayır:
“Bu müddət ərzində nömrə şəbəkədən kənarlaşdırılır ki, əvvəlki sahibinə aid zəng və ismarış axını dayansın və məlumat kirliliyi azalsın; lakin bu texniki prosedur tam bitdikdən sonra nömrə yenidən "təmiz" statusu alaraq satış dövriyyəsinə daxil edilir. Bu proses operatorlar üçün resurs səmərəliliyi olsa da, köhnə sahibin rəqəmsal izlərinin qalması baxımından ciddi kiber-risklər daşıyır”.
Mütəxəssos qeyd edib ki, rəqəmsal ekosistemdə bu "yenidən dövriyyə" mexanizmi həm köhnə, həm də yeni sahib üçün "görünməyən təhlükə" yaradır; çünki nömrə əvvəlki istifadəçinin bank hesablarına, sosial şəbəkələrinə və ya dövlət portallarına bağlı qala bilər.
“Vətəndaş məsuliyyəti və informasiya gigiyenası baxımından nömrədən imtina edən şəxs bütün bağlılıqları dərhal kəsməli, yeni alıcı isə nömrəni aktivləşdirən kimi iki faktorlu autentifikasiya və təhlükəsizlik ayarlarını yeniləməlidir. Müasir hibrid təhdidlər şəraitində mobil nömrə artıq sadəcə ünsiyyət vasitəsi deyil, şəxsi rəqəmsal kimliyin açarıdır, buna görə də onun dövriyyəsi ciddi nəzarət altında saxlanılmalıdır",-deyə o bildirib.
Qeyd edək ki,belə bir vəziyyətdə, vətəndaşların üzərinə düşən məsuliyyət nömrənin istifadəsini dayandırmağı düşündüyü zaman ilk növbədə bu nömrə vasitəsilə qeydiyyatdan keçdiyi portal və qurumlardan nömrənin silinməsini təmin etməlidir.
01:04 / 10 İyun 2026
133
00:24 / 10 İyun 2026
160
00:01 / 10 İyun 2026
125
23:52 / 09 İyun 2026
150
23:36 / 09 İyun 2026
256
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
126
23:15 / 09 İyun 2026
123
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
173
22:59 / 09 İyun 2026
260
22:52 / 09 İyun 2026
457
22:41 / 09 İyun 2026
126
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
133
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
157
21:01 / 09 İyun 2026
117
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
146
20:27 / 09 İyun 2026
140
20:10 / 09 İyun 2026
1305
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.