Əlillik pensiyaları ilə bağlı AÇIQLAMA
10 İyun 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
31.03.2026, 20:59
Texnologiya nəhəngi Xiaomi bir sıra məşhur smartfon modellərinin proqram təminatı dəstəyini rəsmi olaraq dayandırıb. Şirkətin yenilənmiş EOL (istifadə müddəti bitmiş cihazlar) siyahısına daxil edilən modellər artıq heç bir yeniləmə, o cümlədən təhlükəsizlik bildirişlərini almayacaq.
Oxu24.com xəbər verir ki, dəstəyin dayandırıldığı əsas cihazlar arasında Redmi K60 və Redmi K60E yer alır.
Bu smartfonlar üçün son yeniləmə 2026-cı ilin mart ayına aid təhlükəsizlik paketi olub və bununla da onların proqram təminatı dövrü rəsmi şəkildə başa çatıb.
Hər iki model 2022-ci ilin dekabrında təqdim olunmuş və istehsalçının vəd etdiyi yeniləmələri almışdı. Bu yeniləmələrə əməliyyat sisteminin HyperOS platformasına keçirilməsi də daxil idi. Lakin artıq bu cihazlar üçün nə yeni funksiyalar, nə də təhlükəsizlik boşluqlarını aradan qaldıran düzəlişlər təqdim olunacaq.
Mütəxəssislər bildirir ki, istifadəçilər bu telefonlardan istifadəni davam etdirə bilərlər, lakin təhlükəsizlik baxımından risklər nəzərə alınmalıdır. Yeniləmələrin olmaması gələcəkdə məlumatların qorunması və tətbiqlərlə uyğunluq baxımından problemlər yarada bilər.
Qeyd edək ki, Redmi K60 satışa çıxdığı dövrdə yüksək texniki göstəriciləri və münasib qiyməti ilə bazarda böyük populyarlıq qazanmışdı. Cihaz Snapdragon 8+ Gen 1 prosessoru, yüksək keyfiyyətli ekranı və sürətli enerji doldurma xüsusiyyətləri ilə istifadəçilərə flaqman səviyyəli təcrübə təqdim edirdi./lent.az
11:13 / 10 İyun 2026
1
11:06 / 10 İyun 2026
92
11:01 / 10 İyun 2026
28
10:53 / 10 İyun 2026
36
10:50 / 10 İyun 2026
68
10:34 / 10 İyun 2026
69
10:32 / 10 İyun 2026
52
10:30 / 10 İyun 2026
64
10:24 / 10 İyun 2026
81
10:18 / 10 İyun 2026
59
10:16 / 10 İyun 2026
57
10:08 / 10 İyun 2026
623
10:02 / 10 İyun 2026
107
09:58 / 10 İyun 2026
103
09:45 / 10 İyun 2026
59
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
61
09:40 / 10 İyun 2026
200
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
317
00:24 / 10 İyun 2026
391
00:01 / 10 İyun 2026
228
23:52 / 09 İyun 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.