Füzulidə I Qarabağ müharibəsinin daha iki itkin-şəhidi dəfn edilib
15 May 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
31.03.2026, 14:58
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib.
Oxu24.com-un xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği




Qeydlər:
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
16:38 / 15 May 2026
1
16:35 / 15 May 2026
5
16:20 / 15 May 2026
13
16:13 / 15 May 2026
53
16:09 / 15 May 2026
33
15:55 / 15 May 2026
37
15:50 / 15 May 2026
293
15:50 / 15 May 2026
42
15:47 / 15 May 2026
36
15:41 / 15 May 2026
46
15:10 / 15 May 2026
57
15:04 / 15 May 2026
325
14:58 / 15 May 2026
60
14:54 / 15 May 2026
63
14:48 / 15 May 2026
706
14:47 / 15 May 2026
51
14:34 / 15 May 2026
68
14:25 / 15 May 2026
65
14:19 / 15 May 2026
57
14:11 / 15 May 2026
61
13:58 / 15 May 2026
59
13:54 / 15 May 2026
154
13:50 / 15 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.