Məşhur hotel sökülür?
11 May 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1604
31.03.2026, 17:05
Azərbaycanda pensiya qanunvericiliyinə edilən son dəyişikliklər bəzi kişilər üçün daha erkən təqaüdə çıxmaq imkanı yarada bilər. Yenilənmiş qaydalara görə, əvvəllər yalnız qadınlara aid edilən güzəştli pensiya hüququ müəyyən şərtlər daxilində kişilərə də tətbiq oluna bilər. Bu isə bəzi hallarda onların pensiyaya çıxma müddətinin 5 ilə qədər azaldılmasına şərait yaradır.
Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun PR departamentinin müdiri Rəşad Mehdili Oxu24.com-a bildirib ki,Qanunvericiliyə görə aşağıda qeyd edilən kateqoriyadan olan şəxslər daha erkən yaşda pensiya hüququ qazanırlar.
"Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı, 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il güzəşt edilməklə yaşa görə pensiya hüququ vardır.
Həmçinin qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla erkən pensiya hüququ vardır;
Əmək şəraitinin zərərli və ağır olmasına görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən sahələrdə azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınların fərdi hesabında minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda sığorta stajından aslı olmayaraq, bu kapitalı olmadıqda 25 il ümumi sığorta stajı olduqda yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda yaş həddi 20 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var;
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxlərin qanunvericiliklə tələb olunan xidmət müddəti olduqda və xidmətdən buraxıldıqda onların yaş həddindən asılı olmayaraq pensiya hüququ var.
Yuxarıda qeyd edildiyi kimi:
- Uşaqlara görə erkən pensiya hüququnda yaş həddi 5 il;
- Əmək şəraitinin zərərli və ağır olmasına görə erkən əmək pensiyası hüququ olan şəxslərdə yaş həddi 5 il;
- Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışan şəxslərdə yaş həddi 15 il;
- Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin yaş həddi 20 il güzəşt edilməklə;
- Hərbi qulluqçulara və xüsusi rütbəli şəxlərə pensiya yaş həddi tələb olunmadan qanunvericiliklə tələb olunan xidmət müddətlər olduqda pensiya təyin edilir”,-deyə açıqlamada bildirilib.
Çimnaz Telmanqızı
00:40 / 11 May 2026
220
00:29 / 11 May 2026
166
00:17 / 11 May 2026
230
23:54 / 10 May 2026
242
23:46 / 10 May 2026
231
22:48 / 10 May 2026
81
22:27 / 10 May 2026
83
22:27 / 10 May 2026
80
22:12 / 10 May 2026
87
21:24 / 10 May 2026
342
21:21 / 10 May 2026
81
21:17 / 10 May 2026
91
21:09 / 10 May 2026
91
21:01 / 10 May 2026
234
20:36 / 10 May 2026
84
20:00 / 10 May 2026
93
19:36 / 10 May 2026
99
18:54 / 10 May 2026
360
18:31 / 10 May 2026
106
17:59 / 10 May 2026
189
17:51 / 10 May 2026
109
17:49 / 10 May 2026
191
17:37 / 10 May 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.