Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1074
31.03.2026, 00:59
Bu gün dünyanın ən bahalı içkilərindən sayılan viskinin "doğum günü"dür. Bu içkinin zəngin tarixi var. Viski "saf su" mənasını verən kelt dilində Uisge beatha sözündən gəlir. XV əsrdə Şotlandiya rahibləri arpadan əldə etdikləri distillə edilmiş içkini belə adlandırırdılar. Şotlandiyada viski arpadan hazırlanır və torf tüstüsü üzərində hisə verilir ki, bu da içkiyə xüsusi dad verir.
Oxu24.com Bizim.Media-ya istinadən xəbər verir ki, İrlandiyada viski üçqat distillə edilir və daha yumşaq həzzə malikdir.
.
Bu ənənə sonradan Amerika və Yaponiyada qəbul edildi və burada viski hazırlama məktəbləri yarandı. Beynəlxalq Viski Günündə bilicilər dequstasiyalar keçirir, viski barlarına və ustad dərslərinə baş çəkir, istehsalçılar isə xüsusi tədbirlər keçirirlər.
Viski, əsasən arpa, çovdar, buğda və ya qarğıdalı kimi taxılların qıcqırdılması, distillə edilməsi və palıd çəlləklərdə uzunmüddətli saxlanması ilə hazırlanan 40-50% spirtli, aromatik, sərt içkidir. Adətən sek (saf), buzla və ya bir neçə damcı su ilə içilir, həmçinin kokteyllərdə istifadə olunur.
Rəngi açıq sarıdan tünd kəhrəbayı rəngə qədər ola bilər. Qiyməti hamıya əlçatan deyil. Ən ucuzu belə digər içkilərdən bahadır. Londonda hərracda dünyanın ən məşhur şotland viskisinin bir şüşəsi 2,7 milyon dollara satılıb.
Onu da qeyd edək ki, buğda viskisi qırmızı şərabdan daha faydalıdır. Xərçəng şişlərinin inkişafını dayandırmaqda effektlidir. Vaxtilə viski ABŞ-da ancaq tibbi ehtiyaclar üçün istifadə olunurdu.
Viski butulkası, içkinin xüsusiyyətləri itirmədən 100 il saxlana bilər. Açılandan sonra isə 5 il də qala bilir.
Şotlandiyada "whisky" kimi, digər ölkələrdə isə "whiskey" kimi yazılır. Əgər butulkada "whisky" yazılıbsa Şotlandiyanındır, "whiskey" yazılıbsa onda istənilən ölkənin istehsalı ola bilər.
20:42 / 12 Noyabr 2026
1
20:26 / 12 Noyabr 2026
51
20:14 / 12 Noyabr 2026
55
20:08 / 12 Noyabr 2026
57
20:05 / 12 Noyabr 2026
64
19:59 / 12 Noyabr 2026
51
19:49 / 12 Noyabr 2026
76
19:36 / 12 Noyabr 2026
85
19:31 / 12 Noyabr 2026
84
19:19 / 12 Noyabr 2026
97
19:15 / 12 Noyabr 2026
116
19:09 / 12 Noyabr 2026
86
19:03 / 12 Noyabr 2026
90
18:58 / 12 Noyabr 2026
96
18:50 / 12 Noyabr 2026
98
18:42 / 12 Noyabr 2026
1144
18:40 / 12 Noyabr 2026
89
18:32 / 12 Noyabr 2026
378
18:28 / 12 Noyabr 2026
88
18:26 / 12 Noyabr 2026
106
18:16 / 12 Noyabr 2026
120
18:15 / 12 Noyabr 2026
109
18:07 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.