Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
13 Noyabr 2026, 00:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
959
24.03.2026, 11:03
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.
Oxu24.com xəbər verir ki,Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu, B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə şəhidliyin qismət olmasını arzu edir və bu səbəblə də tanınmışlıq qazanıb.
Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girmiş və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə şəhid olub.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və iyirmidən çox hərbçi məhv edilmişdi.
11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.
00:49 / 13 Noyabr 2026
26
00:34 / 13 Noyabr 2026
63
00:18 / 13 Noyabr 2026
67
00:17 / 13 Noyabr 2026
79
23:53 / 12 Noyabr 2026
434
23:51 / 12 Noyabr 2026
77
23:40 / 12 Noyabr 2026
108
23:34 / 12 Noyabr 2026
83
23:24 / 12 Noyabr 2026
486
23:20 / 12 Noyabr 2026
82
23:19 / 12 Noyabr 2026
85
23:18 / 12 Noyabr 2026
88
23:12 / 12 Noyabr 2026
87
23:03 / 12 Noyabr 2026
92
23:02 / 12 Noyabr 2026
190
22:59 / 12 Noyabr 2026
89
22:55 / 12 Noyabr 2026
100
22:49 / 12 Noyabr 2026
119
22:40 / 12 Noyabr 2026
98
22:24 / 12 Noyabr 2026
163
22:21 / 12 Noyabr 2026
104
22:13 / 12 Noyabr 2026
117
21:55 / 12 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.