Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
818
21.03.2026, 21:28
Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalarda özünü göstərir və sağaldıqdan sonra yenidən qayıtdığı iddia olunur.
Oxu24.com xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, hazırda müşahidə olunan xəstəliklər, əsasən, kəskin respirator virus infeksiyaları ilə bağlıdır:
"Bu qrup xəstəliklərə qripəbənzər infeksiyalar daxildir və adətən, burun axması, boğaz ağrısı, öskürək, burun tutulması və bir çox hallarda qızdırma ilə müşahidə olunur. Daha ağır hallarda isə əzələ və sümük ağrıları da yarana bilər".
Həkim qeyd edib ki, insanlar arasında müxtəlif əlamətlərin müşahidə olunması tək bir virusla bağlı olmaya bilər:
"Bu əlamətlər bir virusun əlaməti olmaya bilər. Çünki bəzən eyni vaxtda bir neçə virus dövrədə olur. Ümumiyyətlə, bu qrup xəstəlikləri təxminən 200-ə qədər virus törədir. Bu səbəbdən insan bir virusdan sağaldıqdan sonra digərinə də yoluxa bilər".
Onun sözlərinə görə, bəzi hallarda müşahidə olunan göz qızartısı adenovirus infeksiyasına xas əlamətlərdən biri hesab olunur:
"Bu zaman qızdırma və gözdə qızartı müşahidə olunur ki, buna konyunktivit deyirik. Eyni zamanda, burun axması və digər əlamətlər də olur. Bu, adətən, uşaqlarda daha yüksək qızdırma verir. Boğaz ağrısı, bəzən angina kimi hallar da müşahidə edilə bilər".
İnfeksionist əlavə edib ki, bəzi xəstələrdə səs tutulması da qeydə alınır və bu daha çox paraqrip virusları ilə əlaqəli olur:
"Bundan əlavə, influenza, yəni mövsümi qrip virusu da daha ağır gedişlə müşahidə oluna və əzələ ağrıları ilə özünü göstərə bilər".
Həkim insanların tez-tez xəstələnməsi və ya xəstəliyin yenidən qayıtması məsələsinə də aydınlıq gətirib:
"Bu, əksər hallarda eyni virusun təkrarlanması ilə deyil, müxtəlif viruslara dalbadal yoluxma ilə bağlı olur. İnsan bir virusa yoluxur və həmin vaxt immun sistemində zəifləmə müşahidə olunur. Bu səbəbdən növbəti virusa daha asan yoluxa bilər. Eyni virusa qısa müddətdə yenidən yoluxma çox rast gəlinən hal deyil. Çünki xəstəlikdən sonra orqanizmdə müəyyən immunitet yaranır, anticisimlər əmələ gəlir".
Mütəxəssis vətəndaşlara mövsümi virus infeksiyalarından qorunmaq üçün gigiyena qaydalarına riayət etməyi, xəstə şəxslərlə təmasdan mümkün qədər uzaq durmağı və simptomlar uzun müddət davam edərsə, həkimə müraciət etməyi tövsiyə edib.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.