Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
9727
20.03.2026, 16:57
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə yeni müavin təyin edilib.
Oxu24.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov nazir müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Rəşad Həsənov bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində işləyib.
Məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiqləyiblər.
Beləliklə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Modern.az saytına məlum olub ki, Rəşad Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.
Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda doğulub.
2004 – 2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.
2009 - 2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.
2012 – 2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
2010 – 2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.
2012 – 2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.
2018 – 2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.
2018 – 2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub.
2020 – 2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.
2021 – 2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
İngilis və rus dillərini bilir.
Ailəlidir.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.