Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2033
20.03.2026, 13:11
Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.
Oxu24.com xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın da daxil olduğu beynəlxalq komissiyanın iştirakı ilə araşdırmanın yekunlaşdırılması davam edir:
"Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerlərin, naviqasiya avadanlıqlarının, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda yekunlar vurulur, bu nəticələr həmin komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".
K.Bozumbayev vurğulayıb ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya ekspertləri, eləcə də "Embraer" şirkətinin və Beynəlxalq Mülki Aviasiya Agentliyinin nümayəndələri daxildir:
"Beynəlxalq standartlara uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində yekun vurmalıdır. Bu, texniki hissəyə aiddir".
Məsələnin hüquqi aspektinə gəldikdə, K.Bozumbayev bildirib ki, Qazaxıstanın Baş Prokurorluğu Rusiya tərəfindən suallar gözləyir: "Hesab edirəm ki, Rusiyanın hüquq-mühafizə sistemləri, yəqin ki, hansısa nəticələr çıxarmalıdır".
Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: "Nə vaxt vurulub? Niyə düşüb? Səbəbi nədir? Bütün bunlar beynəlxalq təşkilatın reqlamentinə uyğun olaraq rəsmi hesabatda addım-addım təsvir ediləcək".
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb.
Təyyarədə ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşıdır (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.