Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
785
19.03.2026, 19:53
Telekanallarda köklü dəyişikliklərə start verilib və proses davam edir.
Oxu24com-un əldə etdiyi məlumata görə, ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarına aprel ayının sonuna qədər vaxt müəyyən edilib. Bu müddət ərzində bütün yayımçıların yeni yayım strategiyasını hazırlayıb tətbiq etməsi tələb olunub.
Məlumata əsasən, əsas məqsəd efir məkanında keyfiyyətin artırılması, bayağı və aşağı reytinqli verilişlərin aradan qaldırılması, daha çox ictimai-siyasi, maarifləndirici və analitik proqramların efirdə yer almasına nail olmaqdır. Bu isə o deməkdir ki, illərdir efirdə olan bir çox verilişlər artıq risk altındadır.
Artıq bəzi proqramların yayımı dayandırılıb, digərləri isə “gözləmə rejimi”nə keçib. Kanal rəhbərlərinə açıq şəkildə bildirilib ki, kontent yenilənməzsə və tamaşaçı tələbatına cavab verməzsə, həmin verilişlər efirdən tamamilə çıxarılacaq.
Xüsusilə sosial-məişət mövzularını qabardan, qalmaqallı formatlara üstünlük verən proqramların bağlanacağı gözlənilir. Onların yerini isə daha ciddi, informasiya yönümlü və cəmiyyət üçün faydalı layihələr tutmalıdır.
Mediada dolaşan məlumatlara görə, bəzi aparıcılar və prodüserlər artıq yeni layihələr üzərində işləməyə başlayıb. Bəzi verilişlər isə formatını dəyişərək efirdə qalmağa çalışacaq.
Ekspertlər hesab edir ki, bu dəyişikliklər televiziya məkanında uzun illərdir müzakirə olunan problemlərin həllinə səbəb ola bilər. Tamaşaçıların da əsas gözləntisi məhz daha keyfiyyətli və məzmunlu efirin formalaşmasıdır.
Hazırda isə əsas sual açıq qalır:
Bir-bir bağlanan verilişlərdən sonra növbə hansınındır?
Aprelin sonu yaxınlaşdıqca bu sualın cavabı daha da aydınlaşacaq.
Oxu24.com mövzunu diqqətdə saxlayır.
Nərmin Balacayeva
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.