Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1459
19.03.2026, 12:28
Son günlər Azərbaycan televiziya məkanında baş verən dəyişikliklər ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Uzun illər tamaşaçıların maraqla izlədiyi bir sıra əyləncə və tok-şou proqramlarının efirdən getməsi geniş müzakirələrə səbəb olub. Xüsusilə yüksək reytinq toplayan verilişlərin belə bağlanması tamaşaçı auditoriyasının gələcəkdə hansı məzmunlara yönələcəyi ilə bağlı suallar doğurur.
Mövcud vəziyyət fonunda əsas sual isə açıq qalır: televiziya kanalları yaranan boşluğu doldura biləcəkmi, yoxsa tamaşaçılar alternativ platformalara üz tutacaq? Məsələ ilə bağlı media eksperti ilə həmsöhbət olduq.
Məsələ ilə bağlı Mətbuat Şurası İH üzvü, media eksperti Müşfiq Ələsgərli Oxu24.com-a açıqlamasında bildirib ki, medianın əsas vəzifələrindən biri əyləndirmək olsa da, bu proses maarifləndirmədən kənarda qalmamalıdır:
“Təəssüf ki, yerli televiziya məkanında şou proqramların bir qismi peşəkarlıqdan uzaq, ictimai maraqlara və mənəvi dəyərlərə zidd formatda təqdim olunur. Xüsusilə ailə-məişət mövzularının primitiv şəkildə müzakirəyə çıxarılması cəmiyyətdə haqlı narazılıq doğurur.
Düşünürəm ki, şou proqramların efirdən yığışdırılması deyil, onların məzmununun keyfiyyətlə əvəzlənməsi əsas hədəf olmalıdır. Azərbaycanda bununla bağlı kifayət qədər uğurlu təcrübə var. Vaxtilə siyasi, mədəni və sosial məsələlər efirdə "abırlı" və faydalı şəkildə müzakirə olunurdu. Bu ənənələri müasir texnologiyalarla birləşdirib, daha keyfiyyətli məhsul ortaya qoymaq mümkündür.
"Auditoriya bayağılığa baxır" fikri yanlışdır. Ciddi mövzular ətrafında qurulan, peşəkar hazırlanan verilişlərin də böyük izləyici kütləsi topladığına dair nümunələrimiz çoxdur. Artıq efir mədəniyyətini bərpa etmək üçün ciddi addımların vaxtı çatıb”,-deyə ekspert qeyd edib.
Çimnaz Telmanqızı
01:04 / 10 İyun 2026
142
00:24 / 10 İyun 2026
173
00:01 / 10 İyun 2026
128
23:52 / 09 İyun 2026
155
23:36 / 09 İyun 2026
261
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
129
23:15 / 09 İyun 2026
125
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
176
22:59 / 09 İyun 2026
267
22:52 / 09 İyun 2026
472
22:41 / 09 İyun 2026
127
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
135
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
158
21:01 / 09 İyun 2026
119
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
147
20:27 / 09 İyun 2026
141
20:10 / 09 İyun 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.