Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
18.03.2026, 16:16
Azərbaycan Respublikası Audiovizual Şurası keçən ilin sonlarından başlayaraq ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının efirində xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Monitorinqlər AMEA-nın Dilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcud olan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15 televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyən edir.
Bu barədə Oxu24.com-a Şuradan məlumat verilib.
Bildirilib ki, bu ilin yanvar ayında televiziya yayımçılarının məsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərin dekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılıb, nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınması tövsiyə olunub. Növbəti monitorinqlərin nəticələrinə əsasən xarici sözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağı təqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub.
"Yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxın olmasına baxmayaraq, keçirilən görüşlərin və aparılan maarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayında televiziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilində qarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalma müşahidə olunub. Belə ki, 15 televiziya kanalının aparıcıları tərəfindən dekabr ayında xarici sözlərdən 1366, yanvar ayında 1460 istifadə halı müəyyən olunmuşdursa, fevral ayında bu say 864-ə düşüb.
Audiovizual Şura belə monitorinqlərin davamlı olacağını qeyd etməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətinin gücləndirilməsinin vacibliyini bir daha bildirir, redaksiya nümayəndələri və aparıcılar tərəfindən xarici sözlərin istifadəsinin azaldılması istiqamətində daha intensiv iş aparmalarını tövsiyə edir", - məlumatda qeyd olunub.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.