Benzinlə bağlı SON DƏQİQƏ - QİYMƏT...
18 May 2026, 15:18
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1124
18.03.2026, 13:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Oxu24.com xəbər verir ki,2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
20, 21 mart -– Ramazan bayramı;
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, 2026-cı ildə beşgünlük iş həftəsində 25, 26, 27 və 30 mart, altıgünlük iş həftəsində 25, 26 mart tarixləri istirahət günləridir.
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.
Bayramlardan sonra ilk iş günü isə martın 31-i olacaq.
2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-ı bayramqabağı, 1-i Ümumxalq Hüzn Günü qabağı günlərdir), iş günü hesab edilməyən 107 istirahət günü (onlardan 5-i iş günü hesab edilməyən bayram günləri ilə, 3-ü Qurban və Ramazan bayramlarının iş günü hesab olunmayan başqa bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (onlardan 3-ü üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.
Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.
Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz.
2026-cı ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Qanunvericiliyə uyğun olaraq 2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edir. Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2026-cı ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
Nigar
14:59 / 18 May 2026
8
14:50 / 18 May 2026
23
14:42 / 18 May 2026
38
14:37 / 18 May 2026
38
14:31 / 18 May 2026
46
14:21 / 18 May 2026
42
14:09 / 18 May 2026
63
13:59 / 18 May 2026
59
13:49 / 18 May 2026
63
13:40 / 18 May 2026
60
12:59 / 18 May 2026
95
12:59 / 18 May 2026
86
12:46 / 18 May 2026
95
12:39 / 18 May 2026
74
12:34 / 18 May 2026
152
12:26 / 18 May 2026
77
12:21 / 18 May 2026
85
12:04 / 18 May 2026
97
11:55 / 18 May 2026
84
11:51 / 18 May 2026
90
11:48 / 18 May 2026
82
11:48 / 18 May 2026
96
11:45 / 18 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.