Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
643
18.03.2026, 13:12
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
İclasda hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyinin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində əhəmiyyəti və bu istintaq hərəkətinin yerinə yetirilməsi zamanı qarşıya çıxan çətinliklər, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllər üçün dəqiq normalar və sanksiyaların təsbit edilməsinə dair məsələlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində ortaya çıxan problemlər barədə çıxış edib.
İclasda cinayət təqibi sahəsində mövcud problemlərin elmi və praktiki baxımdan araşdırılmasına həsr olunmuş “Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər” və “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” adlı metodik vəsaitlər təqdim olunub, Şura üzvləri tərəfindən həmin vəsaitlərin hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanlarının fəaliyyətində praktiki əhəmiyyət daşıdığı vurğulanıb.
Sonda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.