Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
771
18.03.2026, 12:44
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaq cinayət məsuliyyəti yaradır.
Bu barədə Oxu24.com-a açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, həmin cinayət zərərçəkmiş şəxsin təqsirkardan maddi, xidməti və ya digər formalarda asılı vəziyyətdə olduğu hallarda baş verə bilər.
Onun sözlərinə görə, bu cinayət əməli əsasən zərərçəkmişə qarşı amansız rəftar, onun ləyaqətinin davamlı şəkildə alçaldılması və ya hədə-qorxu gəlmə nəticəsində şəxsin özünü öldürməsi və ya buna cəhd etməsi ilə ifadə olunur.
Vəkil qeyd edib ki, əgər zərərçəkmiş şəxsin təqsirkardan belə bir asılılığı yoxdursa və həmin şəxs göstərilən səbəblərdən intihar edirsə və ya buna cəhd edirsə, bu halda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə məsuliyyət yaranmır.
Esmira Rzayevanın sözlərinə görə, bu cinayət “maddi tərkibli” hesab olunur və yalnız zərərçəkmiş şəxsin özünü öldürdüyü və ya özünü öldürməyə cəhd etdiyi anda başa çatmış sayılır. Bu cinayətin subyekti isə 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər.
Vəkil onu da vurğulayıb ki, əgər təqsirkar özünün amansız rəftarı, ləyaqəti alçaltması və ya hədə-qorxusunun nəticəsində zərərçəkmiş şəxsin intihar edəcəyini anlayır və bunu istəyirsə, bu halda məsələ artıq qəsdən adam öldürmə kimi qiymətləndirilə bilər.
Həmçinin bildirilib ki, nikah və ya faktiki birgə yaşama münasibətləri özlüyündə hüquqi asılılıq yaratmır. Buna görə də nikaha girməkdən və ya birgə yaşamaqdan imtina etmək amansız rəftar kimi qiymətləndirilə və bu maddə üzrə məsuliyyət yarada bilməz.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdıran şəxs 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.