Qaynar xətt:

(+99450) 247 90 86

Martın 18-də qaz kəsiləcək - Bu ərazilərdə 

Martın 18-də qaz kəsiləcək - Bu ərazilərdə 

CƏMİYYƏT

90

17.03.2026, 19:29

Martın 18-də saat 09:00-dan etibarən iki yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Tərtər və Zaqatala Regional Qaz İstismarı idarələri məlumat yayıblar.

 

Bildirilib ki, Tərtər rayonunda qaz təchizatının dayandırılmasına səbəb Tərtər Xidmət Sahəsinin "Azadqaraqoyunlu" qazpaylayıcı stansiyasından (QPS) qidalanan şəhərin H.Əliyev prospektində qeyri-yaşayış sahəsinin qarşısından keçən qaz xəttinin şəbəkəyə qoşulmasıdır.

 

Quraşdırma işləri başa çatdıqdan sonra 645 abonentin qaz təchizatı bərpa ediləcək.

 

Digər məlumatla Balakən rayonunun Katex kəndində qaz təchizatının dayandırılmasına səbəb "Təmiz Qaz" QSC tərəfindən balans qovşağının quraşdırılmasıdır.

 

İşlər başa çatdırıldıqdan sonra 2 013 əhali və 15 qeyri-əhali abonentə qazın verilməsi bərpa olunacaq.