Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
970
17.03.2026, 18:42
Azərbaycanda ali təhsil diplomuna sahib olmasına baxmayaraq iş tapa bilməyən gənclərin sayı getdikcə artır. “Diplomlu işsizlər” problemi uzun illərdir sosial və iqtisadi gündəmin əsas məsələlərindən biri olsa da, hələ də effektiv həll yolu tapılmayıb. İş bazarının tələbləri ilə ali təhsilin məzmunu arasında uyğunsuzluq, gənclərin praktiki bacarıqlara malik olmaması və iqtisadiyyatın bəzi sahələrində iş imkanlarının məhdudluğu bu problemin əsas səbəbləri kimi göstərilir. Nəticədə gənclər həm şəxsi inkişafda, həm də ölkənin iqtisadi potensialının artırılmasında çətinliklərlə üzləşirlər.
Bu yöndə gənclərə hansı təkliflər verilə bilər?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli deyib:
Bu xarici dili bilmədən uğur qazanmaq çətin olacaq” – təhsil eksperti Əmrah Həsənlidən açiqlama
“Diplomlu işsizlər” məsələsi əslində təkcə təhsilin yox, bütövlükdə sistemin problemidir və bunu yalnız universitetlərin üzərinə atmaq düzgün olmaz”.
Ekspertin sözlərinə görə, reallıq ondan ibarətdir ki, biz uzun illər diplomu nəticə kimi təqdim etmişik, halbuki əmək bazarı üçün əsas nəticə bacarıqdır.
“Bu gün gənc, universiteti bitirəndə onun əlində kağız var, amma işəgötürən onun nəyi real olaraq bacardığını görmək istəyir. Burada əsas boşluq təhsilin məzmunu ilə əmək bazarının dinamikası arasında yaranan məsafədir. Proqramlar tez-tez yenilənmir, nəzəri bilik üstünlük təşkil edir, tələbə isə real iş mühiti ilə universitet illərində demək olar ki, qarşılaşmır”, — deyə Əmrah Həsənli əlavə edib.
Yanaşmanı kökündən dəyişmək lazım olduğunu qeyd edən ekspert bildirib:
“Universitet diplom verən yer yox, karyera hazırlayan mühitə çevrilməlidir. Tələbə birinci kursdan etibarən öz sahəsi üzrə praktiki proseslərə daxil olmalıdır. Təcrübə formal yox, real məsuliyyət üzərində qurulmalıdır. İşəgötürənlə universitet arasında əməkdaşlıq kağız üzərində deyil, gündəlik prosesə çevrilməlidir”.
“Digər vacib məsələ ixtisas seçimi mərhələsidir. Çox gənc bazarın nə istədiyini bilmədən, ya da sadəcə “prestijli” hesab etdiyi sahələri seçir. Nəticədə 4 il sonra anlayır ki, nə o sahə ona uyğundur, nə də bazarda həmin istiqamət üzrə ehtiyac var. Bu isə həm fərdi, həm də sistem səviyyəsində itki yaradır”, — deyə ekspert vurğulayıb.
“Eyni zamanda qəbul etməliyik ki, hər kəs ali təhsil almalı deyil. Peşə təhsili uzun illər arxa planda qalıb və bu da bazarda ciddi balanssızlıq yaradıb. Halbuki bəzi sahələrdə ixtisaslı peşəkar çatışmazlığı var, amma biz diplomlu işsiz sayı ilə mübarizə aparırıq.
Bir məsələni də açıq demək lazımdır: bugünkü əmək bazarı sabit deyil. Bir ixtisasla ömürlük işləmək dövrü artıq bitir. Ona görə də universitetlər gənclərə sadəcə ixtisas yox, öyrənməyi öyrətməlidir. Adaptasiya bacarığı, ünsiyyət, problem həlli kimi kompetensiyalar ən az ixtisas bilikləri qədər vacibdir, — deyə Ə. Həsənli qeyd edib.
Problem diplomun sayında yox, onun arxasında duran məzmundadır deyən ekspert sonda açıqlayıb:
“Əgər biz diplomu bilik və bacarıqla doldura bilsək, “diplomlu işsiz” anlayışı da tədricən gündəmdən çıxacaq. Bu isə yalnız islahatla yox, düşüncə tərzinin dəyişməsi ilə mümkündür”.
01:52 / 13 Noyabr 2026
265
01:49 / 13 Noyabr 2026
579
00:49 / 13 Noyabr 2026
140
00:18 / 13 Noyabr 2026
134
00:17 / 13 Noyabr 2026
182
23:53 / 12 Noyabr 2026
1148
23:51 / 12 Noyabr 2026
138
23:40 / 12 Noyabr 2026
209
23:34 / 12 Noyabr 2026
132
23:24 / 12 Noyabr 2026
920
23:20 / 12 Noyabr 2026
130
23:19 / 12 Noyabr 2026
139
23:18 / 12 Noyabr 2026
137
23:12 / 12 Noyabr 2026
137
23:03 / 12 Noyabr 2026
141
23:02 / 12 Noyabr 2026
266
22:59 / 12 Noyabr 2026
133
22:55 / 12 Noyabr 2026
157
22:49 / 12 Noyabr 2026
185
22:40 / 12 Noyabr 2026
141
22:24 / 12 Noyabr 2026
217
22:21 / 12 Noyabr 2026
140
22:13 / 12 Noyabr 2026
150
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.