Fərhad Mehdiyevin qızı faciəvi şəkildə öldü
17 İyun 2026, 01:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
17.03.2026, 16:14
"AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində 2026-cı il üzrə Fəaliyyət Planı təsdiq edilib.
"AzerGold"dan Oxu24.com-a verilən məlumata görə, Fəaliyyət Planına əsasən, cari il üzrə əsas prioritet istiqamət “Verilənlərin etibarlılığı və analitik yetkinliyin artırılması” mərhələsini əhatə edir. Bu mərhələnin əsas məqsədi Cəmiyyətdə verilənlərə əsaslanan idarəetmə modelinin (Data-Driven Management) sistemli şəkildə formalaşdırılması və qərarvermə proseslərində analitik yanaşmanın institusional səviyyədə tətbiqinin genişləndirilməsidir. Həyata keçiriləcək tədbirlər çərçivəsində müxtəlif informasiya sistemlərində formalaşan əməliyyat, texniki və maliyyə məlumatlarının vahid arxitektura əsasında inteqrasiyası, mərkəzləşdirilmiş verilənlər platformasının formalaşdırılması və məlumat axınlarının vahid verilənlər anbarında (Data Warehouse) konsolidasiyası, eləcə də kibertəhlükəsizlik istiqamətləri üzrə fəaliyyət nəzərdə tutulur.
Eyni zamanda, formalaşdırılacaq vahid verilənlər infrastrukturu gələcək mərhələlərdə proqnozlaşdırıcı analitika, intellektual modelləşdirmə və avtomatlaşdırılmış qərar dəstəyi sistemlərinin tətbiqi üçün əsas texnoloji zəmin rolunu oynayacaq. Yol Xəritəsinin strateji hədəflərindən biri kimi 2028-ci ildən etibarən Cəmiyyətdə Süni İntellekt (Sİ) əsaslı texnologiyaların mərhələli tətbiqinə başlanılması planlaşdırılır.
Qeyd edək ki, “AzerGold” istehsalat və idarəetmə proseslərinin optimallaşdırılması, əməliyyat səmərəliliyinin artırılması və innovativ texnologiyaların tətbiqini nəzərdə tutan 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsini həyata keçirir. Sənəd Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın tələblərinə uyğun hazırlanıb.
01:43 / 17 İyun 2026
1
00:27 / 17 İyun 2026
108
23:48 / 16 İyun 2026
143
23:44 / 16 İyun 2026
100
23:22 / 16 İyun 2026
105
23:09 / 16 İyun 2026
92
23:03 / 16 İyun 2026
94
22:58 / 16 İyun 2026
129
22:47 / 16 İyun 2026
79
22:41 / 16 İyun 2026
2501
22:19 / 16 İyun 2026
133
22:01 / 16 İyun 2026
96
21:47 / 16 İyun 2026
154
21:23 / 16 İyun 2026
90
21:02 / 16 İyun 2026
105
20:56 / 16 İyun 2026
110
20:45 / 16 İyun 2026
900
20:29 / 16 İyun 2026
318
20:18 / 16 İyun 2026
291
20:08 / 16 İyun 2026
183
20:07 / 16 İyun 2026
104
20:01 / 16 İyun 2026
137
19:48 / 16 İyun 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.