Bu sahədə çalışanlara PİS XƏBƏR: Attestasiyadan keçiriləcəklər
10 İyun 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1889
17.03.2026, 14:50
"İncəsənət sektorunda beynəlxalq müsabiqə qalibləri sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı. Eyni zamanda, Məccələnin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim.
Oxu24.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
"Bundan əlavə, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı", millət vəkili qeyd edib.
Deputat bildirib ki, bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olacaq, bu da sözügedən sektorda əməyin daha yaxından qiymətləndirilməsinə imkan verə bilər.
"Hazırda 48-51 ballar toplayan müəllimlərdə əmək haqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalar ilə 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur", - deyə o qeyd edib.
Deputatın təkliflərinə münasibət bildiriən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, vurğuladığınız meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub:
"Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar mövcuddur. Bu proses dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmalıdır. Ona görə də növbəti mərhələlərdə bu təklifləri dəyərləndirib nəzərə alacağıq. Sertifikasiya haqqında qanun qəbul edildikdən sonra müvafiq qaydalar da hazırlanacaq və həmin qaydalarda əmək haqlarının artırılma faizi də öz əksini tapacaq".
13:23 / 10 İyun 2026
1
13:15 / 10 İyun 2026
21
13:12 / 10 İyun 2026
41
12:54 / 10 İyun 2026
572
12:52 / 10 İyun 2026
39
12:48 / 10 İyun 2026
58
12:43 / 10 İyun 2026
54
12:38 / 10 İyun 2026
56
12:29 / 10 İyun 2026
321
12:27 / 10 İyun 2026
174
12:19 / 10 İyun 2026
94
12:16 / 10 İyun 2026
69
12:13 / 10 İyun 2026
66
12:00 / 10 İyun 2026
84
11:52 / 10 İyun 2026
71
11:47 / 10 İyun 2026
224
11:41 / 10 İyun 2026
120
11:36 / 10 İyun 2026
90
11:32 / 10 İyun 2026
89
11:21 / 10 İyun 2026
92
11:13 / 10 İyun 2026
106
11:06 / 10 İyun 2026
685
11:01 / 10 İyun 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.