Əlillik pensiyaları ilə bağlı AÇIQLAMA
10 İyun 2026, 11:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
617
17.03.2026, 13:46
Süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materialların mediada yayımı qadağan edilir.
Oxu24.com-un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif edilən yeni -14.1.13-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir.
Bu halda yayım Audiovizual Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq. Belə informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu tələbə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.
Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yerləşdirilməsinə yol verməməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
11:21 / 10 İyun 2026
6
11:13 / 10 İyun 2026
27
11:06 / 10 İyun 2026
192
11:01 / 10 İyun 2026
48
10:53 / 10 İyun 2026
46
10:50 / 10 İyun 2026
79
10:34 / 10 İyun 2026
77
10:32 / 10 İyun 2026
59
10:30 / 10 İyun 2026
69
10:24 / 10 İyun 2026
86
10:18 / 10 İyun 2026
63
10:16 / 10 İyun 2026
59
10:08 / 10 İyun 2026
682
10:02 / 10 İyun 2026
109
09:58 / 10 İyun 2026
107
09:45 / 10 İyun 2026
60
09:43 / 10 İyun 2026
54
09:42 / 10 İyun 2026
63
09:40 / 10 İyun 2026
202
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
323
00:24 / 10 İyun 2026
398
00:01 / 10 İyun 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.