Abituriyentlər niyə daha çox paytaxt universitetlərinə üstünlük verirlər?
08 Fevral 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
175
08.02.2026, 01:38
Ukraynada müharibənin başa çatması halında Rusiyadan NATO-nun şərq cinahına yönələn təhlükə arta bilər.
Oxu24.com xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının icraçı sədri Volfqanq İşinger “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib.
İşingerin sözlərinə görə, hazırda Ukrayna Avropanı qoruduğu üçün təhlükə bu qədər kəskin hiss olunmur.
“Ukrayna Avropanı müdafiə etdiyi müddətdə təhlükə bu səviyyədə deyil”, – deyə o vurğulayıb.
İşinger əlavə edib ki, hazırda Rusiya bütün diqqətini Ukraynaya qarşı hərbi əməliyyatlara yönəldib və bu döyüşlərdə hər həftə minlərlə əsgər itirir. Onun sözlərinə görə, Ukraynada atəşkəs əldə edilən kimi vəziyyət dəyişəcək.
Həmçinin oxuyun
“Bu halda Vladimir Putin dinc şəraitdə yenidən silahlanmanı davam etdirə biləcək və NATO-nun şərq cinahında yerləşən ölkələr üçün təhlükə artacaq”, – deyə İşinger bildirib.
O qeyd edib ki, mümkün atəşkəs Almaniya üçün də təhlükəni artıracaq. İşingerin fikrincə, gələcək atəşkəs Rusiyanın qərb hissəsində hərbi mövcudluğun ciddi şəkildə azaldılması ilə müşayiət olunmalıdır. Lakin o, Moskvanın bununla razılaşmasının çətin olduğunu düşünür.
Bununla yanaşı, İşinger vurğulayıb ki, Ukraynadakı müharibə mümkün qədər tez başa çatdırılmalıdır. Onun sözlərinə görə, atəşkəsin nəticəsi Almaniya və Avropanın taleyi məsələsidir.Globalinfo.az
02:30 / 08 Fevral 2026
60
02:07 / 08 Fevral 2026
83
01:04 / 08 Fevral 2026
167
00:38 / 08 Fevral 2026
132
00:27 / 08 Fevral 2026
161
00:00 / 08 Fevral 2026
87
23:50 / 07 Fevral 2026
157
23:34 / 07 Fevral 2026
110
23:03 / 07 Fevral 2026
2048
21:02 / 07 Fevral 2026
274
20:45 / 07 Fevral 2026
495
20:38 / 07 Fevral 2026
5316
20:29 / 07 Fevral 2026
267
20:20 / 07 Fevral 2026
995
20:11 / 07 Fevral 2026
139
19:55 / 07 Fevral 2026
1560
19:51 / 07 Fevral 2026
145
19:47 / 07 Fevral 2026
364
19:26 / 07 Fevral 2026
1610
19:17 / 07 Fevral 2026
708
19:09 / 07 Fevral 2026
152
18:55 / 07 Fevral 2026
5831
18:43 / 07 Fevral 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.