Bakıda binada yanğın - ÖLƏN VAR
29 Aprel 2026, 00:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1856
07.02.2026, 09:21
SOCAR-ın əməkdaşı İlahə Həsənova iş yerində psixoloji təzyiqə məruz qaldığını iddia edir.
Oxu24.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə videolar paylaşıb.
Şirkətin mühafizə xidmətində çalışan qadının sözlərinə görə, uzun müddətdir məruz qaldığı bu halla bağlı şirkət rəhbərliyinə məlumat versə də, müraciətini dinləyən olmayıb. İlahə Həsənova deyir ki, “SOCAR PETROLEUM” QSC-nin Mühafizə xidmətinə Rasim Ələkbərov adlı şəxs rəis təyin edilib. Şikayətçi məhz bundan sonra ona qarşı qarayaxma aparıldığını, işini görməkdə maneələr yaradıldığını bildirir.
İddialarla əlaqədar SOCAR-a sorğu ünvanladıq. “SOCAR PETROLEUM” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Afaq Rza saytımıza açıqlamasında bildirdi ki, videomüraciət ünvanlayan İlahə Həsənova QSC-də 16.01.2020 il tarixdən indiyədək mühafizəçi vəzifəsində çalışır: “QSC-nin daxili intizam qaydalarına uyğun olaraq, əməkdaşın xidməti fəaliyyətində aşkar edilmiş bir sıra ciddi nöqsanlarla bağlı aidiyyəti şöbə tərəfindən rəsmi araşdırma aparılıb.
İlkin araşdırmalar zamanı əməkdaşın əmək qanunvericiliyinin tələblərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozması, o cümlədən işgüzar mühitə xələl gətirən hərəkətlərə yol verməsi barədə faktlar qeydə alınıb.
Müəyyən olunub ki, İ.Həsənova işə qəbul olduğu zamandan etibarən 6 il müddətində gecə növbələrinə çıxmadığı halda, faktiki olaraq yerinə yetirilməyən xidmətə görə əlavə vəsaitlər alıb və bununla da Cəmiyyətin büdcəsinə maddi ziyan vurub.
Həmçinin oxuyun
Videomüraciətdə səsləndirilən psixoloji təzyiq iddialarına gəldikdə isə bildiririk ki, adıçəkilən struktur rəhbəri bu vəzifəni cəmi 8 gündür icra edir, bu da “uzunmüddətli təzyiq” iddialarının əsassız olduğunu göstərir.
Həmçinin əməkdaş tərəfindən rəhbərliyin qəbul müraciətlərinin cavablandırılmaması ilə bağlı iddiaları da həqiqəti əks etdirmir. Belə ki, QSC-nin iş prinsipinə əsasən rəhbərlik və rəhbərlik yanında aparat tərəfindən rəsmi iş saatlarında edilən bütün müraciətlər aidiyyəti üzrə cavablandırılır.
Mühafizəçi kimi vəzifə öhdəliklərini və müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozduğu üçün Həsənova İlahə barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək”.
Qafqazinfo
00:43 / 29 Aprel 2026
8
23:49 / 28 Aprel 2026
19
23:42 / 28 Aprel 2026
37
23:38 / 28 Aprel 2026
46
23:26 / 28 Aprel 2026
118
22:48 / 28 Aprel 2026
59
22:46 / 28 Aprel 2026
93
22:28 / 28 Aprel 2026
133
21:58 / 28 Aprel 2026
58
21:40 / 28 Aprel 2026
74
21:29 / 28 Aprel 2026
93
21:18 / 28 Aprel 2026
70
21:04 / 28 Aprel 2026
93
20:50 / 28 Aprel 2026
92
20:39 / 28 Aprel 2026
99
20:19 / 28 Aprel 2026
83
20:11 / 28 Aprel 2026
144
20:10 / 28 Aprel 2026
77
20:06 / 28 Aprel 2026
60
19:59 / 28 Aprel 2026
77
19:58 / 28 Aprel 2026
79
19:57 / 28 Aprel 2026
66
19:56 / 28 Aprel 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.